Müselmanlar

Allah üçün sevmək və ya qəzəblənmək nə deməkdir?

Sual: Allah üçün sevmək və Allah üçün qəzəblənmək haqqında hədis var. Bu hədisin hikməti nədir?

Cavab: Quranda və hədisdə keçən “Allah üçün” kəliməsi, bir şeyi Allah sevirsə, sizin də sevməyiniz mənasına gəlir. O, yaxşını sevir və pisdən də uzaq durmağımızı əmr edir. Əgər biz müsəlmanıqsa, Allah bir şeyi “sev!”- deyirsə sevməli, “sevmə!”- deyirsə də sevməməliyik. Bunu şifahi dillə də bəzi hallarda ifadə edirik və bunda bir problem də yoxdur. Allah, “filan şəxslərdən, filan şeylərdən uzaq durun, filan şeyləri də yerinə yetirin, yaxlaşın”– deyə əmrlər verir ki, biz bunlara rəayət etdiyimiz ölçüdə Allahın sevgisini qazanmış oluruq. Çünki Rəbbimiz, Quranda belə buyurmaqdadır:

“Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara (haqqını) verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız.” (Nəhl, 16/90)

Bu səbəblə, Allahın bu sevgisini ya da nifrətini biz insanlar olaraq başqalarıyla paylaşdığımız zaman da belə deyirik: “Səni Allah üçün sevirəm” ya da “Sənə Allah üçün büğz/qəzəb edirəm”

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin