Müsəlmanlar

Tövrat və İncili oxumaq haramdırmı?

Sual: Tövrat və İncili oxumaq haramdırmı?

Cavab: Tövrat və İncili oxumaq və bunlar üzərində araşdırma etmək lazımdır. Çünki, Qurani-Kərimin onların kitabını təsdiq etdiyini göstərmək və müştərək yönlərimizi onlara bildirmək lazımdır. Biz onlara təsdiqlə yaxınlaşmazsaq, onlara əsassız bir dinin təmsilçiləri kimi görünərik. Çünki, Tövrat da İncil də Allahın kitabları, Musa və İsa əleyhiməssalam da Allahın elçiləridir. Yəni, Quranın ifadəsiylə onlara “təsdiqlə” yaxınlaşmalıyıq. Dinin hər məsələsində ən yaxşı mütəxəsislər bizdən çıxmalıdır. Quranın Əli-İmran surəsinin 64-cü ayəsində belə buyurulur: “De: ‘Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək’. Əgər onlar üz döndərsələr, deyin: ‘Şahid olun ki, biz müsəlmanlarıq!”

Təəssüf ki, din xadimləri içərisində, Tövrat və İncil kitabları haqda “tualet kağızı kimi istifadə edilir”- deyə, hökm çıxaranlar var. Biz onların dəyərlərini ələ salarsaq, onlar da bizim dəyərlərimizi ələ salacaqlar və bunun səbəbkarı da biz olmuş olacayıq.

Nəticə etibariylə, müsəlman, bir şeyin haqq olduğuna əmin olduqdan sonra batıldan niyə çəkinməlidir. Bu səbəblə oxumaqdan və hər hansı biliyə yiyələnməkdən qorxmamalıdır ki, qarşısındakının batıl yolda oluğunu isbat edə bilsin.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.