Ramazan Bayramı (2017)
Müsəlmanlar > Fitvalar > Ramazan və oruc Tarix: 17 Haziran 2017 Tövsiyə et Çap et

Ramazan bayramı Türkiyədə əsl vaxtında qeyd olunacaq

Ramazan bayramının hansı günə təsadüf etdiyini müəyyənləşdirmək məsələsi hər il olduğu kimi bu il də ixtilaf məsələsi olaraq qalır. Görünür vəhdətdən bəhs edən müsəlmanlar bayram günlərini yenə də fərqli günlərdə qeyd edəcəklər.

Bu ixtilaf, İslam din xadimlərinin Qurana əsaslanmamaqlarından, üsul xətalarına yol verməklərindən və ibtidai ənənələrinə bağlı qalmaqları ucbatından baş verməkdədir.

Türkiyənin din işləri komitəsi (1978-ci ildən etibarən) bu məsələdə Quranın istiqamətləndirdiyi düzgün bir metodla (yəni hesabla) hərəkət edir. Quran namaz vaxtlarının müəyyən edilməsində müşahidə aparmağı əmr edir. Qəməri təqvim məsələsini isə elm adamlarından ibarət olan heyət tərəfindən aparılan hesablamalara həvalə edir. Quranda deyilir:

“Ay və günəş müəyyən bir hesaba əsasən hərəkət edir”. (Rəhman, 55/5.)

“Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər”. (Yunus, 10/5.)

Peyğəmbərin (s. a. v.) dövründə belə hesablamalar apara bilən elm adamları yox idi. Odur ki, o, yeganə çıxış yolu kimi belə deyirdi:

“Biz ümmi bir cəmiyyətik. Hesabı və yazını bilmirik. Bunu bilirik ki, ay ya 29, ya da 30 gündür”.

“Hilalı (Ramazan ayının hilalını, ayparanı) gördükdə oruc tutmağa başlayın. Hilalı (Şəvval ayının hilalını, ayparanı) gördüyünüz vaxt isə bayram edin. Hava tutqun olsa, hansı aydasınızsa, o ayı 30 günə tamam edin”.

İndiki dövrdə isə ay və günəşin hərəkətlərini hesablayan kifayət qədər elm adamı var. Türkiyə din işləri komitəsinin rəhbərliyi altında 1978-ci ildə “hilalın görülməsi” adlı beynəlxalq konfransı keçirilmiş və orada bu məsələ ilə əlaqədar olaraq düzgün prinsiplər müəyyənləşdirilmişdir. Həmin vaxtdan etibarən təqvimləri hazırlayanlar ayparanın dünyanın hər hansı bir yerində görülməyini əsas tuturlar.  Nəticədə də təqvimlər asronomlar və din alimlərinin birgə apardıqları tədqiqatlara əsasən hazırlanır.

Bu il Ramazan bayramının gəlişinin əlaməti kimi Şəvval hilalı; 24 İyun (2017) günü cənubi Amerikanın şərq sahilləri, Kuba daxil olmaqla geniş sahədə görüləcəkdir.

Bununla əlaqədar texniki məlumat aşağıdakı kimidir:

Isla Santa Maria

Koordinatlar:

Isla Santa Maria

En dairəsi: -23.4 dərəcə

Bucaq: 70.6 dərəcə qərb.

Günəş üfüqün 6 dərəcə altında.

(Bu məlumatlar İstanbul Universitetinin Astronomiya fakültəsinin müəllimi professor Adnan Ökten-dən götürülmüşdür.)

Heç bir Quran ayəsində ayparanın müşahidə olunmağı əmr edilmir. Əksinə, “bilən bir dəstə tərəfindən hesablama apararaq müəyyənləşdirilməli” olması vurğulanmışdır. Belə bir heyətin olmadığı dövrdə peyğəmbərimiz yeganə çıxış yolu kimi ayparanın adi gözlə görülməyini məsləhət görüb. Lakin bunu bir prinsip kimi götürüb tətbiq etmək qəbul olunmaz bir haldır. Çünki indi texniki imkanlar hər cür hesablama aparmaq üçün əlverişlidir.

Onsuz da illərin sayı və ay hesabı cahanşümul bir şeydir. Dünyanın bir yerində Şəvval ayının 1-i, başqa bir yerində də Ramazan ayının 30-u ola bilməz.

İşləyib çalışmaq bəndələrin işidir, müvəffəqiyyət isə Allahdan gəlir.

Süleymaniyə Vəqfi elmi-araşdırma Mərkəzi.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.681 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qədr gecəsi 26.06.09 12.449 dəfə oxundu
2 Ramazan və Quran 27.06.09 5.522 dəfə oxundu
3 Ramazan: imkanların ayı 24.06.09 5.318 dəfə oxundu
4 Oruc: ümumi məlumat 28.06.09 17.485 dəfə oxundu
5 Orucu batil edən şeylər nələrdir? 22.06.15 4.192 dəfə oxundu
6 Ramazan Bayramı (2017) 17.06.17 2.681 dəfə oxundu
7 Oruc və orucun başlanğıcı 27.08.10 8.595 dəfə oxundu
8 Ramazanda Quran oxumaq 29.07.10 5.254 dəfə oxundu