Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu?
Müsəlmanlar > Fitvalar > Quranda peyğəmbərlər Tarix: 24 Mayıs 2017 Tövsiyə et Çap et
Sual: Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu?

Cavab: Quran tədrici bir metodla nazil olduğu üçün və hər hansı bir hökm Quranda olmadığı zaman Allah rəsulu ya həmin hökmün gəlməsini gözləyərdi ya da əhli kitabın kitablarında olanla hökm edərdi. Quranda bu barədə belə buyrulmaqdadır:

“Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar mömin deyillər.” (Maidə 5/43)

Təfsir kitablarında və hədislərdə bu ayənin nazil olma səbəbləri geniş qeyd olunmaqdadır. Arzu edənlər bu mənbələrə də baxa bilərlər.

Quran tamamlanana qədər Musa əleyhissəlamdan sonra gələn bütün peyğəmbərlər Tövratda olanla hökm vermişlər. Allah Məkkədə nazil olmuş olan Ənam surəsinin 90-cı ayəsində: “Onlar Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl…” buyurmaqdadır. Bu ayədə doğru yola yönəltdiyi şəxslərin peyğəmbərlər olduğu qəsd edilməkdədir. Son peyğəmbərə “Sən də onların haqq yoluna yönəl…”- deməklə, əmr olunan və əhl-i kitab tərəfindən bilinən əsaslara uymağı əmr etməkdədir. Bu əmrə uyma, son ayədə nazil olan “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Maidə 5/3). Məsələn bunlardan biri, qiblə məsələsidir. Rəsulullah ilk illər namazı Qüdsə yönələrək qılmışdır. Sonra Bəqərə surəsinin 144-cü ayəsi nazil olduqdan vaxt üzünü Məkkədəki Kəbəyə dönərək qılmağa başladı. Bundan əlavə bir çox hədis rəvayətlərində də Quranda olmayan hökmləri Tövrata əsaslanaraq tətbiq etmişdir.

Ətraflı məlumat üçün bu linkdəki video dərsimizi izləyə bilərsiniz:

http://www.muselmanlar.com/elanlar-xeberler/6541.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Eyyub peyğəmbər 26.06.09 2.385 dəfə oxundu
2 Davud peyğəmbər 26.06.09 3.452 dəfə oxundu
3 İbrahim peyğəmbər 12.04.10 4.552 dəfə oxundu
4 İdris peyğəmbər 12.04.12 1.972 dəfə oxundu
5 Həzrəti Adəmin peyğəmbər olduğuna sübut var? 21.01.13 3.076 dəfə oxundu
6 İdris peyğəmbər 23.01.13 1.796 dəfə oxundu
7 Nuh peyğəmbər 08.06.13 2.357 dəfə oxundu
8 Yusif peyğəmbər 27.10.13 3.656 dəfə oxundu
9 Əyyub peyğəmbərin başına gələnlər. 03.08.15 2.243 dəfə oxundu
10 Adəm peyğəmbər 26.06.09 4.669 dəfə oxundu
11 “Yeni il” bidat isə o zaman “mövlud qəndili” nədir? 03.01.15 1.554 dəfə oxundu
12 Hud peyğəmbər 26.06.09 3.105 dəfə oxundu
13 Allah Təala, dünyanın hər bölgəsinə bir xəbərçi göndəribmi? 15.03.17 485 dəfə oxundu
14 Saleh peyğəmbər 26.06.09 2.860 dəfə oxundu
15 Rəsulullahın Tövratla və ya İncillə hökm verdiyi olmuşdurmu? 24.05.17 507 dəfə oxundu
16 Lut peyğəmbər 26.06.09 3.790 dəfə oxundu
17 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 193 dəfə oxundu
18 İsmail peyğəmbər 26.06.09 3.396 dəfə oxundu
19 Muhəmməd əleyhissəlamın Tövratda müjdələnməsinin səbəbi nədir? 27.07.18 244 dəfə oxundu
20 İshaq peyğəmbər 26.06.09 3.044 dəfə oxundu
21 Yaqub peyğəmbər 26.06.09 2.477 dəfə oxundu