Müsəlmanlar

Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi?

Sual: Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi?

Cavab: Əgər səmimi tövbə edərsə, etdiyi günahlar əfv edilir və bundan sonra istədiyi biri ilə evlənə bilər. Allah Təala, Nur surəsi 5-ci ayəsində belə buyurur: “Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.”

Əksi halda, zinakar, iffətli biri ilə evlənməsi doğru deyildir. Furqan surəsində isə Allah, böyük günahları; “şərik qoşmağı”, “adam öldürməyi”, “zina etməyi” saymış və sonrasında tövbə edənlərin bağışlanağını buyurmuşdur. Ayələr belədir: “Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!” (Furqan, 25/68-70.)

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.