Hal-hazırda Xristianların əlində xalis İncil varmı?
Müsəlmanlar > Fitvalar > Katolik xristianlar Tarix: 17 Nisan 2017 Tövsiyə et Çap et
Sual: Hal-hazırda Xristianların əlində xalis İncil varmı?

Cavab: İncil, Xristianların din xadimləri tərəfindən təhrif olunsa da bu İncilin bəzi bölümləri mahiyyət etibariylə Allahdan gəlmiş olduğu mesajını verməkdədir. O cümlədən əllərindəki İncilin özündə Muhəmməd əleyhissəlamın Allahın elçisi olduğunu sübut edəcək kifayət qədər dəlillərmövcuddur. İstər xristianlara istərsə yəhudilərə, “gəlin sizin müqəddəs kitabınız üzərindən inanclarınızı müzakirə edək”- dediyiniz zaman heç bir xristian və yəhudi bunu qəbu etməz. Çünki, öz mətnləri içərisində son kitab, son elçi barədə həqiqi mesajlar olduğunu onlar da bilirlər. Bu səbəblə Allah Təala elçisinə belə bir təklif verməsini istəyir: “De: ‘Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək’. Əgər onlar üz döndərsələr, deyin: ‘Şahid olun ki, biz müsəlmanlarıq!” (Əli- İmran, 3/64)

Onların din anlayışı öz konsillərinin və din xadimlərinin formatladığı əsaslar üzərindən inşa edilmişdir. Əslində onlar da günümüz müsəlmanları kimi öz kitablarına deyil, konsil/icma qərarlarına və din xadimlərinin qoyduğu hökmlərə əsaslanmış bir din ortaya qoymuşlar.

Bənzər sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar?

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Vəftiz 30.06.11 1.331 dəfə oxundu
2 Katolik xristian əqidəsində şəfaət məsələsi 22.06.11 1.329 dəfə oxundu
3 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 2.284 dəfə oxundu
4 Katolik xristian əqidəsində qeyb məsələsi 23.06.11 1.497 dəfə oxundu
5 Həvarilər 29.06.11 1.905 dəfə oxundu
6 Katolik xristianlıqda həzrəti Məryəmə münasibət 24.06.11 1.451 dəfə oxundu
7 Katolik xristianlıqda keşiş və keşişlik 13.07.11 1.959 dəfə oxundu
8 Hal-hazırda Xristianların əlində xalis İncil varmı? 17.04.17 527 dəfə oxundu
9 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 205 dəfə oxundu