Müselmanlar
Təqvanın ən alt və ən yüksək dərəcəsi nədir?

Təqvanın ən alt və ən yüksək dərəcəsi nədir?

Sual: Təqvanın ən alt və ən yüksək dərəcəsi nədir?

Cavab: Təqva qorunmaq, çəkinmək deməkdir. Biz bir müsəlman olaraq özümüzü ən çox cəhənnəmdən qoruyacayıq. Cəhənnəmdən ən çox qoruyan şey isə tövhiddir. Ən azından tövhidimizi qoruyacayıq ki, bu da təqvanın ən alt dərəcəsidir. Özlərini böyük günahlardan qoruyan və xeyirli əməllərini artıranlar isə dərəcələrini yüksəldərək təqvanın ən üst dərəcələrinə nail ola bilərlər. Cənnətdə yüz dərəcə olduğu rəvayət edilir. Bu xeyirli əməllərinin/təqvanın ölçüsünə görə hər kəs  özünün cənnətdə layiq olduğu yerini alacaqdır.

Oxşar məlumata aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6930.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

Bizi izləyin