Toy gecəsi aybaşı
Müsəlmanlar > Aybaşı-Heyz > Evlilik-Ailə > Fitvalar Tarix: 24 İyul 2009 Tövsiyə et Çap et
Sual: Aybaşı dövrü zifaf gecəsinə (toy gecəsi, evliliyin birinci gecəsi) təsadüf edən bir qadının molla kəbini məqbuldur? Yoxsa təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazımdır? Bu barədə məlumat verərsinizmi?

Allah Təala Qurani-Kərimdə belə buyurur:

Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Qadınları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər.1

Bu ayədən belə məlum olur ki, qadınlar aybaşı dövründə ikən təmiz olmurlar. Yəni, qadınlar bu dövrdə şərtlərindən biri də təmizlik olan namaz ibadətini yerinə yetirməklə məsul deyillər. Ayəyə əsasən aybaşı halında olan bir qadına qadağan olan digər bir şey də əri ilə cinsi əlaqəyə girməkdir. Aybaşı halında olan bir qadına bundan başqa qadağan olan bir şey yoxdur.

Bir nikah əqdinin (kəbinin) mötəbər olması üçün qadının aybaşı halında olmamağı kimi bir şərt yoxdur. Qadının aybaşı dövründə kəsilən kəbin mötəbərdir (qüvvədədir), odur ki, qadın təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazım deyil.

  1. Bəqərə, 2/222. []
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Süni mayalanma yolu ilə övlad sahibi olmaq dini cəhətdən qadağandır? 08.03.10 48 dəfə oxundu
2 Bakirəlik 05.07.09 2.532 dəfə oxundu
3 Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil. 24.07.09 105 dəfə oxundu
4 Evlilikdən qabaq baş verən cinsi akt və zina məsələsi 24.07.09 250 dəfə oxundu
5 Toy gecəsi aybaşı 24.07.09 2.353 dəfə oxundu
6 İslam dinində qaraçı bir qızla evlənməyə necə baxılır? 24.07.09 270 dəfə oxundu
7 Nişan ləğv edildikdə hədiyyələr qaytarılmalıdır? 24.07.09 81 dəfə oxundu
8 Ağsaqqal və böyüklərə hörmət əlaməti olaraq ata demək 24.07.09 61 dəfə oxundu
9 Bir kişi bir qadını sevə bilər? 24.07.09 114 dəfə oxundu
10 Dayı oğlu ilə xala qızının evlənməyində dini cəhətdən bir problem var? 24.07.09 107 dəfə oxundu
11 İnsanın kiminlə evlənəcəyi o hələ ana bətnində olduqda müəyyənləşdirilib? 24.07.09 174 dəfə oxundu
12 İslama əsasən ər arvadına əmr verə bilər? Bunun sərhədləri nədir? 11.12.09 112 dəfə oxundu
13 Qohum evlilikləri nəticəsində nə üçün qüsurlu uşaqlar doğulur? 22.02.10 54 dəfə oxundu
14 Kəbin, zaqsa getmək, molla kəbini və kəbində ailənin icazəsi məsələləri 14.12.09 220 dəfə oxundu
15 Dinimiz baxımından bakirəliyin əhəmiyyəti nədən ibarətdir? 17.12.09 438 dəfə oxundu
16 Qohumla evlənmək hansı qarına qədər haramdır? 22.02.10 58 dəfə oxundu
17 Ailələrin narazılığına baxmayaraq rəsmi kəbinlə evlənmək olar? 19.02.10 57 dəfə oxundu
18 Nişanlıların Kəbini 14.05.09 296 dəfə oxundu
19 Anamı razı salmaq üçün istəmədiyim bir insanla ailə qurmağım düzgündür? 16.02.10 53 dəfə oxundu
20 Gəlinlər qayınana və qayınataya baxmağa məcburdurlar? 08.02.10 93 dəfə oxundu