Evlilikdən qabaq cinsi akt və zina
Müsəlmanlar > Evlilik-ailə həyatı > Fitvalar > Tövbə > Zina Tarix: 24 Temmuz 2009 Tövsiyə et Çap et
Sual: Mənim bir rəfiqəm var. Biz çox xoşbəxtik. O, mənə bir gün bəzi şeylərdən danışdı. Belə məlum oldu ki, əvvəllər 5 il müddətinə dostluq etdiyi bir nəfərlə cinsi əlaqəyə girib. Sonra səhv etdiyini başa düşüb və peşman olub. Dini qayda-qanuna əsasən belə bir insanla evlənmək olar?

Cavab: İnsan təbiəti baxımından günah etməyə meylli yaradılıb və dünya imtahan dünyasıdır. İnsan həyatda onu günaha batmağa sövq edən və yoldan çıxardan müxtəlif şeylərlə qarşı-qarşıya gəlir. Bütün bunların başında şeytan durur. Şeytan insanları Qiyamət gününə qədər başdan çıxartmaq üçün Allahdan icazə alıb. Qurani-Kərimdə bu barədə belə deyilir:

İblis (Allaha): “Mənə insanların yenidən diriləcəkləri günə qədər möhlət ver”, – dedi. Allah ona: “Sən möhlət verilənlərdənsən!”, – deyə buyurdu. İblis: “Elə isə sənin məni yoldan çıxartmağının müqabilində and içirəm ki, mən də onları yoldan çıxartmaq üçün sənin doğru yolunun üstündə oturacağam. Sonra onların qabaq, arxa, sağ və sollarından dürtüləcəyəm və sən görəcəksən ki, onların çoxu şükr etmir”, – dedi (Əraf, 7/14-17).

Ayələrdən də məlum olduğu kimi şeytan həmişə insanlara “hücum edəcək”; onlara qabaq və arxa tərəflərindən, sağ və sol yanlarından təsir göstərəcək. Beləliklə, insanlar harama – günaha batacaqlar. Bəs sonra nə olacaq? Gördükləri işlərdən utanıb peşman olanlar nə edəcəklər? Allah məhz bu yerdə necə deyərlər, tövbə qapısı qoyub. Gördükləri işlərdən peşman olanlar o işləri bir də görməmək üzrə tövbə edəcək, Allahın əfv və məğfirətinə sığınacaq və Allah onları bağışlayacaqdır:

Pis əməllər etdikdən sonra tövbə edənlərlə iman gətirənlərə (imanlarında sabit olanlara) gəldikdə isə, Rəbbin ondan (tövbədən) sonra çox bağışlayandır, çox mərhəmət edəndir (Əraf, 7/153).

Sonra şübhəsiz ki, Rəbbin cahillik (bilməməzlik) ucbatından pis iş görən, sonra tövbə edib özünü islah edənlərə (düzəldənlərə) tərəfdardır. Şübhəsiz ki, Rəbbin bundan sonra da çox bağışlayandır, çox rəhm edəndir (Nəhl, 16/119).

Allah yanında (məqbul) tövbə ancaq bilmədən günah edib sonra çox keçməmiş tövbə edənlərin tövbəsidir. Budur, Allah bunların tövbələrini qəbul edir. Allah biləndir, hökm və hikmət sahibidir (Nisa, 4/17).

De: “Ey öz əleyhinə ifrata varan bəndələrim! Allahın rəhmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar. Çünki O, çox bağışlayandır, çox mərhəmət edəndir (Zumər, 39/53).

Şübhəsiz ki, Mən tövbə edib inanan və saleh əməllər edən, sonra da doğru yolda olmağa davam edən kəs üçün olduqca bağışlayanam (Taha, 20/82).

Yuxarıdakı ayələrdən də açıq-aşkar məlum olduğu kimi Allah öz günahından tövbə edən və yaxşı işlər görən şəxsi bağışlayır. Sizin haqqında danışdığınız hərəkət və davranış Allahın qadağan etdiyi böyük günahlardan biridir. O işi nəinki görmək, hətta ona yaxınlaşmaq belə haram edilib:

Zinaya yaxınlaşmayın. Çünki o, olduqca pis bir işdir və çox pis bir yoldur.

Lakin belə bir iş baş verdiyinə görə peşmanlıq yaranıb və tövbə edilibsə, inşallah bu günah bağışlanacaq. Əsas odur ki, insan özünü düzəldib yaxşı işlər görsün. Sizin bəhs etdiyiniz şəxs kimi bir insanla evlənməyinizdə dinimiz baxımından bir problem yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
10.457 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslamda zorlamağın cəzası 19.01.11 4.108 dəfə oxundu
2 Evlənmədən qabaq yeznə olacaq adamın hansı xüsusiyyətinə diqqət edilməlidir? 05.10.15 1.711 dəfə oxundu
3 Təcavüz edən bir şəxsə nə cür cəza verilir? 21.08.15 1.101 dəfə oxundu
4 Zinadan törəyən uşağın hökmü nədir? 22.10.16 1.320 dəfə oxundu
5 Əbu Hənifənin fikrincə Kütubi-sittədə Qurana zidd hədis var? 06.03.11 2.583 dəfə oxundu
6 İnsanların zina etmək hürriyyəti varmı? 25.11.16 501 dəfə oxundu
7 Arada kəbin olmadığı halda, tərs cinsi əlaqədə olmaq da zinadır? 05.03.10 8.577 dəfə oxundu
8 Zorlanan qadına günah yazılır? 26.03.11 4.872 dəfə oxundu
9 Evlilikdən qabaq cinsi akt və zina 24.07.09 10.457 dəfə oxundu
10 Zina edən kafir olur? 02.05.11 6.069 dəfə oxundu
11 Zina edən müsəlmanın cəzası Qurana əsasən nədir? 02.05.14 2.932 dəfə oxundu
12 Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir? 19.01.11 2.965 dəfə oxundu
13 İslamda nə cür əlaqə zina sayılır? 25.04.16 2.088 dəfə oxundu
14 Zina günahı ən böyük günahlardandır, yoxsa yox? 26.10.11 6.531 dəfə oxundu
15 Subayların da intim münasibəti zina hesab olunur? 30.01.10 6.354 dəfə oxundu
16 Zina cəzasının qeyd edildiyi ayələrdəki əzab axirətdəki əzabdır? 04.01.12 3.289 dəfə oxundu
17 Qadınları aldadan kişilərin heç günahı yoxdur? 30.01.10 5.304 dəfə oxundu
18 Subay bir kişi ilə subay bir qadın eyni evdə qala bilər? 29.02.12 5.702 dəfə oxundu
19 Flirt də zinadır? 12.04.10 5.684 dəfə oxundu
20 Biz bir-birimizi sevirik. İndi nə etməliyik? 04.06.12 5.848 dəfə oxundu
21 Dodaq-dodağa öpüşmək də zinadır? 12.04.10 9.512 dəfə oxundu
22 Rəfiqə ilə yaxınlıq da zina hesab olunur? 04.06.12 3.909 dəfə oxundu
23 Zina etmədiyim halda başqalarına etdiyimi desəm, günahdır? 13.04.10 3.601 dəfə oxundu
24 Evlənməmişdən qabaqkı günahımız evlənəndə bağışlanır? 22.07.12 7.770 dəfə oxundu
25 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 9.196 dəfə oxundu
26 Ailə daxilində zorlanan uşaq vələdüzzina hesab olunur? 16.11.12 2.565 dəfə oxundu
27 Tövratda zina edənlər üçün nəzərdə tutulan bir cəza var? 28.04.10 2.951 dəfə oxundu
28 Quranda zina günahına nəzərdə tutlunan cəza həqiqidir, yoxsa xəyali? 10.12.12 4.299 dəfə oxundu
29 Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur? 11.06.10 4.333 dəfə oxundu
30 Zorlanan qadını zorlayan kişiyə ərə vermək lazımdır? 06.08.13 3.227 dəfə oxundu
31 Zina kəbini pozur? 30.11.10 8.779 dəfə oxundu
32 Zina edən siyasətçilərin videosunu yaymaq düzgündür? 10.08.13 1.765 dəfə oxundu