Müsəlmanlar
Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar?

Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar?

Sual: Müasir dövrümüzdə müsəlmanları öldürməyi politika halına gətirmiş ölkələrlə yaxşı əlaqələr yaratmağa çalışmaq Mümtəhinə surəsi 9-cu ayəsinə tərs deyilmi?

Cavab: Təkcə müasir dövrümüzdə deyil, əsrlərdir və xüsusiylə son iki əsrdə müsəlmanlara qarşı; zəif olan bölgələrdə savaşla, güclü olan yerlərdə də siyasətlə mübarizə aparılır. Düşmən olanın işi budur.

Quranı hakəm götürməyib, hərəsi bir firqəyə bölünüb parçalanmış müsəlmanlar, birbirini təqsirləndirməkdə və öldürməkdədir. Belə bir halda düşmənin qalib gəlməsi və onların siyasətlərinə alət olması qaçınılmazdır. Bu səbəblə biz, düşmənə deyil, özümüzə baxmalı; onların feli və siyasi hücumlarına müqavimət göstərməyi bacarmalıyıq. Əlbəttə ki müharibə vəziyyətində olduğumuz düşmənlə yaxşı əlaqələr qurmaq olmaz. Lakin bizimlə müharibə aparmayanlarla yaxşı əlaqələr qurmaq qadağan edilməmişdir və bu cür əlaqələri rəsulullah da öz dövründə qurmuşdur.

Quranda bizə belə buyurulur: “Ey iman gətirənlər! Özünüzə baxın! Siz doğru yolda olsanız, azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.” (Maidə 5/105.)

Buna bənzər məlumat almaq üçün aşağıdakı linki tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/434.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.