Müsəlmanlar

Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil.

Sual: Mən dul bir qadınla evlənmək istəyirəm. Həmin qadın müsəlman deyil. Bu dinimiz baxımından nə dərəcədə münasib və düzgündür?

Cavab: Həmin qadının bakirə olmamağının səbəbi zinadırsa, Nur surəsinin 3-cü ayəsinin (Zina edən bir kişi ancaq zina edən və ya Allaha şərik qoşan (müşrik) bir qadınla evlənə bilər. Zina edən bir qadın da ancaq zina edən və ya Allaha şərik qoşan bir kişi ilə evlənə bilər. Bu cür evlənmək möminlərə haram qılınıb) hökmünə əsasən sizin onunla evlənməyiniz haramdır. Həmin surənin 5-ci ayəsində tövbə edib özünü islah edənlərlə (düzəldənlərlə) evlənməyə icazə verilib. Ayə belədir:

Ancaq bundan sonra tövbə edib düzələnlərə söz yoxdur (onlar istisna təşkil edirlər). Çünki Allah bağışlayandır, rəhm edəndir.

Müsəlman bir kişi kitab əhlindən olan, başqa sözlə, yəhudi və xristian bir qadınla evlənə bilər. Allah Təala Maidə surəsinin 5-ci ayəsində belə buyurur:

Mehrlərini verməyiniz, namuslu olmağınız, zinadan uzaq durmağınız və gizli dost (aşna) tutmamağınız şərtilə inanan namuslu qadınlardan və sizdən əvvəl kitab verilənlərin namuslu qadınlarından özünüzə arvad almaq sizə halaldır.