Müsəlmanlar

Qız evinin daha çox xərcə düşüb cehiz verməsi doğrudurmu?

Sual: Adətən qız gəlin köçəndə ata ana böyük xərcə düşüb cehiz alırlar. Bura çox əşya daxildir. (Mebel, elektrik avadanlıqları və.s) oğlan evi isə qır-qızılla bu işi həll etməyə çalışırlar. Dinimizdə qız evinin daha çox xərcə düşüb cehiz verməsi doğrudurmu? Ayəni səhf demək istəmirəm. Ayədə mehrlərini verin kəliməsi kimlərə aiddir? Kişiyə yoxsa qadına?

Cavab: Dinimizdə; evlənmək istəyən kişi, qadına mehir vermək məcburiyyətindədir. Bunun dəlili Nisə surəsinin 4-cü ayəsidir.

“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!”

Qızın yaxınları, ərə gedəcək qıza ailədə çətinlik çəkməməsi üçün aldıqları cer-cehiz və oğlan tərəfindən verilən mehir, tamamilə qıza aid olub, heç kim ona əl qoya bilməz.

Ərə gedən qızın isə ərinə hər hansı bir şeyi vermək məcburiyyəti yoxdur. Qızın özü və ya əqrabaları tərəfindən oğlan üçün alınan bütün şeylər, örf-adətin məhsuludur.

Qısacası, qız tərəfinin istər qıza, istərsə oğlana sadalanan hər hansı bir cehizi alması da məcburi deyildir.  Ancaq oğlanın, imkanı ölçüsündə qıza mehir verməsi məcburidir.

Buna bənzər məlumat üçün aşağıdakı linkə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6414.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.