Müsəlmanlar

Qaydasız döyüş və boks kimi idman növləri ilə məşğul olmaq olarmı?

Sual: Qaydasız döyüş və boks kimi idman növləri ilə məşğul olmaq olarmı?

Cavab: İslam dini, insanın mənəviyyatına nə qədər əhəmiyyət verirsə, maddi və fiziki inkişafına da bir o qədər əhəmiyyət verməkdədir. Bunların hamısı insan sağlığının, gücünün qorunmasına və artırılmasına xidmət edir. Nəbimiz (sav) də öz dövrünün imkanları çərçivəsində faydalı idman növlərinə təşviq etmişdir. Bu idman növləri içərisində:

1.Atletizm, 2. Güləş, 3. Atıcılıq, 4. Üzgüçülük və s. idman növləri vardı.

Ancaq misalını verdiyiniz qaydasız döyüş və boks kimi yarışlar, -biz buna idmandan daha çox döyüş ya da qladiatorluq deyə bilərik- bizə görə bu cür döyüş növləri caiz deyildir və bilvasitə haramdır. Bilvasitə haram olması yəni, öz-özlüyündə bu sahədə bədənini gücləndirmək, özünü müdafiə etməkdə bir problem olmadığı halda bunun yerinə başqasını döymək və bu yolla pul qazanmağa çalışmaq, deməkdir.

Nəbimiz, nəinki insanların üzünə vurulmasını, hətta heyvanların üzünə vurulmasını, dağlanmasını və heyvanların döyüşdürülməsini belə qadağan etmişdir. Üz, Quran dilində insanı təmsil edər. İnsan deyilən şərəfli varlığın üzünə vurulması heç bir şəkildə qəbul edilə bilməz. Qaldı ki, boksda bir növ işgəncə edilərək, üzün nə hala gətirildiyi hətta beyin qanaması keçirdiyi və bir çox ölümlərə səbəbiyyət verildiyini bilirik. İslam mədəniyyəti tarixi ilə əlaqədar tədqiqatlarımızda da belə bir idman (!) növünə rast gəlmədik.

Müəllif: Professor Dr. Əli Rıza Dəmircan.[1]

Azərbaycan dilinə xülasələşdirən: Aydın Mülayim.

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Süleymaniyə Məscidinin Vaizi.