Müsəlmanlar

Dövlət qadınların niqabla imtahana girmələrinə mane ola bilərmi?

Sual: İmtahana niqabla girmək istəyən bir qadın, imtahana qəbul edilmədiyi üçün haqq tələb edir. Bu məsələdə nə deyə bilərsiniz?

Cavab:`Hicab, Allahın bir əmridir. Lakin niqabı dində həddi aşanlar uydurublar. Qadınlara niqabı təqva kimi göstərib, təqdim edənlərə Allah hidayət versin. Allah kitabında “görünən qisimlər xaric”- demiş ki, insanlar bir-birini tanısın. Qadın və kişi də bu qaydaya tabe olacaq ki, ictimaiyyətdə bir-birlərinin kim olduqları bilinsin.

İndi tanınmayan birini, hələ imtahan kimi mühüm bir şeydə necə içəri buraxsın? Siz o vəzifəlinin yerinə olsanız nə edərsiniz? Təəssüf ki, qadınların fitnə olduqlarını irəli sürərək onları bu hala gətirənlər də Qurandan uzaq din xadimləri və onları təqlid edən kişilərdir.

Niqab barədə ətraflı məlumat üçün aşağıdakı video linkə tuşlayın:

Niqab və Başörtüsü

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []