Müsəlmanlar
Döyüş ortasında təcavüzə məruz qalmamaq üçün intihar etmək olarmı?

Döyüş ortasında təcavüzə məruz qalmamaq üçün intihar etmək olarmı?

Sual: Mühasirəyə düşəndə təcavüzə məruz qalmamaq üçün bir qadının özünü öldürməsi və ya əri tərəfindən öldürülməsi barədə fətva/hökm istəyirlər. Belə bir şeyə fətva vermək olarmı?

Cavab: Belə bir şeyə təşəbbüs, həm Allahdan ümid kəsmək həm də Qurandan üz döndərmək mənasına gəlir. Heç belə bir fətva olar? Döyüşdə həm kişi həm də qadın canla-başla mübarizə etməyə və şəhid olmaya çalışmalıdır. Qarşındakı düşmənə hər cür vasitəylə son nəfəsinə qədər döyüşməli, intihara isə əsla təşəbbüs etməməlidir. Allah heç kimə heç bir səbəblə özünə qəsd etmək səlahiyyəti verməmişdir. Bütün hədislərdə də bunun böyük günah olduğu yazılıdır.

Belə bir şeyə ancaq Allahın kitabından xəbərsiz olanlar fətva verə bilərlər.

Suala cavab verdi: Professor Sərvət Bayındır.[1]

Oxşar məlumat üçün aşağıdakı linklərə tuşlayın:

http://www.muselmanlar.com/fitvalar/6391.html

http://www.muselmanlar.com/fitvalar/400.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] İstanbul İlahiyat fakültəsi müəllimi.