Müsəlmanlar

Rəsulullaha verilən hikmət, Quranı izah etmək səlahiyyətidirmi?

Sual: Nəbimizə Quranı izah etmək səlahiyyəti verilmədiyi halda ona hikmət verilmiş olmasını necə başa düşəcəyik?

Cavab: Hikmət, Quranı izah etmək səlahiyyəti deyil. Hikmətin iki mənası var: 1. Quranı izah etmək qaydası. 2. Həmin üsulla əldə edilən nailiyyətlərdir.

Allah təala bunu elçisinə öyrədir və elçisi də bizə öyrədir. Əlaqədar ayələri birlikdə oxuduğumuz zaman nəticə ortaya çıxır. Məsələn; bir ayə mühkəm (açıq), bir sonrakı mütəşabih yəni bənzəyən ayələri ələ alıb doğru incələdiyiniz zaman hər hansı bir məsələnin həllinə nail olursunuz. Allahın dinində mənə görə deyə bir şey olmaz.

Nəticə olaraq, Allahın əmr etdiyi metodla dini öyrənsəniz, Allahın istədiyi nəticəni əldə etmiş və Onun razılığını qazanmış olarsınız.

Suala cavab verdi: Professor Abdüləziz Bayındır.[1]

Hikmət haqqında ətraflı məlumat üçün bu linkə baxın:

http://www.muselmanlar.com/tedqiqatlar/6526.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []