Müsəlmanlar

Neçə haqq məzhəb vardır?

Sual: Hər məzhəb özünün haqlı olduğunu iddia edir. Sizcə 4 məzhəb haqdır?

Cavab: Sünnilər özlərinin 4 məzhəbinin Hənəfi, Maliki, Şafii və Hənbəli məzhəblərinin haqq olduqlarını deyirlər. Şiəliyin Cəfəri qolu isə tək özlərinin haqq yolda olduqlarını, Zeydiyyə qolu isə hamısından daha haqlı olduqlarını iddia edir. Bunlardan əlavə də bir çox məzhəblər vardır və hər biri öz məzhəbinin doğruluğunu sübut etməyə çalışırlar.

Əsas olan budur ki, bu məzhəbləri Allah Təala qəbul edirmi? Allah, Quranda bunlarla əlaqədar belə buyurur:

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ

“Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.”

Rum surəsi 32-ci ayədə isə: “…Hər biri öz firqəsi ilə övünməkdədir”- buyurmaqda və keçmişdən günümüzə qədər gələn bu firqə mənsublarının halını ifşa etməkdədir.

Məzhəblər barədə ətraflı məlumat üçün saytımızın bu video dərsini izləyin:

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.