Cavab: Dənizdən istifadə etmək baxımından kişilərlə qadınların arasında heç bir fərq yoxdur. Yəni, kişi də, qadın da müəyyən şərtlər daxilində dənizə gedib çimə bilər.
Qadınlar kişilərin də olduğu bir yerdə təsəttürə zidd bir geyimlə dənizə girə bilməzlər. Eyni zamanda kişilər də həm öz övrət yerləri açıq halda, həm də çılpaq qadınlarla bir yerdə dənizə girə bilməzlər. Yəni, həm kişi, həm də qadın üçün geyim-kecim və harama baxmaq nöqteyi-nəzərindən bir sıra qadağalar var. Qeyd edilən qaydalara rəayət olunsa, qadın da, kişi də arxayınlıqla dənizə girib, çimə bilərlər.
Allah Təala belə buyurur:
“(Rəsulum!) Mömin kişilərə de ki, gözlərini harama dikməsinlər, namuslarını/məhrəm yerlərini qorusunlar. Çünki bu, onlar üçün daha təmiz bir rəftardır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır”.
“Mömin qadınlara de ki, baxışlarını yayındırsınlar və ədəb yerlərini qorusunlar”.1
Haşema2 geyinib övrət yerlərini örtən qadın öz cavabdehliyini yerinə yetirir. Bunu etməyən qadınlar isə öz dini məsuliyyətlərini yerinə yetirməmiş olurlar.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: çadır, çimərlik, dost-tanış, dəniz, dəniz kənarı, haşema, haşema nədir?, istirahət, müsəlman qadın, müsəlman qadın dənizə gedə bilər?, plyaj, qum vannası, səyahət, turizm şirkətləri, tətil
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İslam mədəniyyətində tətilin mənası nədir? | 16.07.09 | 441 dəfə oxundu |
| 2 | Müsəlmanlar tərəfindən irəli sürülən bir tətil forması var? | 16.07.09 | 576 dəfə oxundu |
| 3 | Müsəlman qadın dənizə gedə bilər? | 16.07.09 | 473 dəfə oxundu |
| 4 | Gəzmək üçün xarici ölkəyə getmək olar? | 01.04.11 | 210 dəfə oxundu |