Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü?
Müsəlmanlar > Fitvalar > Quran > Təfsir Tarix: 23 Kasım 2016 Tövsiyə et Çap et
Sual: Bir müəllim öz söhbətlərinin birində, “Quran məallarını təfsirlər olmadan başa düşmək olmaz”- dedi. Quran bu barədə nə deyir?

Cavab: Quranın açıq olması, təbiətdəki ayələrin açıq olması kimidir. Lakin, hər hansı bir mövzuda bir ayəni götürüb, o mövzu haqqında “Quranın hökmü budur”, qənaətinə gəlməmək lazımdır. Bu eyniylə bir üzvü götürüb, məsələn; təbiətdəki yarpağı və ya budağı götürüb, ona ağac deməyə bənzəyir.

Siz Quranı oxuduğunuz zaman bir çox məal xətaları olmasına baxmayaraq, yenə də oradan sizə lazım olan məlumatları əldə edə bilərsiniz.

Quranı izah etmək səlahiyyətini Allah təala özündən başqa heç kimə verməmişdir.[1] Qurandan hər hansı bir məsələnin həllini tapmaq üçün isə xüsusi bir qabiliyyət və elm tələb olunur. Bu qabiliyyət və elmi üsul, ikinci xəlifə Ömərdən sonra ortadan qalxmışdır. Təəssüf ki, o gündən bu yana da müsəlmanlar, məsələləri həll etmək yerinə problem çıxarmaqdadırlar. Hal-hazırda ən pis vəziyyətdə olan ölkələr müsəlman ölkələridir. Çünki, həqiqi mənada İslam ortada yoxdur. Din xadimləri, Allahın vermədiyi bir səlahiyyəti özlərində görərək Quranı öz əqidələrinə uyğun yozmaq surətiylə məal və təfsirlərin böyük bir qismini təhrif ediblər. Elə bu səbəblə, istər məal oxuyun istərsə təfsir oxuyun, ideal mənada Quranı başa düşmək mümkün olmur. Bu halda olan məalı oxuyub başa düşməyənlər nəticədə din xadimlərinə yönəldikləri təqdirdə onlardan; “siz Quranı başa düşməzsiz” cavabını almış olurlar.

Dini öyrənməklə əlaqədar aşağıdakı video dərsi izləyə bilərsiniz:

http://www.muselmanlar.com/elanlar-xeberler/6208.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Əli-İmran, 3/7.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 532 dəfə oxundu
2 Tağut 28.04.17 4.270 dəfə oxundu
3 Təhrif nədir? 13.11.17 147 dəfə oxundu
4 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 195 dəfə oxundu
5 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 193 dəfə oxundu
6 Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı? 23.07.18 254 dəfə oxundu
7 Quran təhrif edilə bilərmi? 14.05.18 235 dəfə oxundu
8 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 193 dəfə oxundu
9 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 924 dəfə oxundu
10 Təbbət surəsi 11.07.11 4.054 dəfə oxundu
11 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.814 dəfə oxundu
12 Qureyş surəsi 28.07.12 2.817 dəfə oxundu
13 Nas surəsi 29.07.12 5.407 dəfə oxundu
14 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 1.094 dəfə oxundu
15 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 564 dəfə oxundu
16 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 567 dəfə oxundu