Müsəlmanlar

Ərəb dilini bilmədən İslamı doğru mənbədən necə öyrənəcəyik?

Sual: Ərəb dilini bilmədən İslamı doğru mənbədən öyrənmək olar? Məallar bildiyiniz kimi kifayət deyil. Türkcə oxuduğum ayələr yadımda qalmır. Necə bir yol izləməliyəm?

Cavab: Verdiyiniz sual yerində və bizi də çox qayğılandıran bir sualdır. Ərəb dilini bilənlər dini doğru öyrəniblər ki?

Biz, dini doğru öyrənmək üçün Allahın yaratdığı və nazil etdiyi ayələri birlikdə öyrənməli və onlar arasındakı bağı düzgün qurmalıyıq.[1] Bu ayələr arasında qurulan doğru bir bağ, hər kəsin qəbul edəcəyi beynəlxalq həqiqətləri meydana gətirir. Allah elçisinə: “Sən üzünü doğru-dürüst bu dinə – Allahın fitrətinə tərəf tut. Allah insanları bu fitrətlə yaradıb. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur. Lakin insanların əksəriyyəti bunu bilmir.” (Rum, 30/30).

Dini doğru öyrənməkdə Allahın verdiyi fitrət bizə yol göstərir. Ancaq bildiyimiz kimi insanların bir çoxunun bu və ya digər səbəblərdən fitrətləri pozulmuşdur. Belələrinə həqiqəti təbliğ etmək və onların da bunu qəbul etməsi çox çətin olur. Bunun üçün birlikdə hərəkət etməliyik. Xüsusiylə Qurandakı ayələri və kəlimələri ərəb dili qaydalarına rəayət edərək və qəbul etdiyimiz şeyləri işin əhli olanlarıyla müzakirə edərək birlikdə ortaya çıxarmalıyıq. Quranın yerinə öz düşüncəmizi və qəbul etdiyimiz şeyləri mərkəzə alıb qərar verməməliyik. Əgər səmimi olub, bu yolla davam edilərsə, Allah bizə həqiqəti göstərir. Əlavə olaraq bilmədiyi bir çox şeylərə də qapı açır. Bunu biz öz təcrübələrimzlə rahatlıqla deyə bilərik.

Bu barədə ətraflı məlumat üçün aşağıdakı video dərsimizi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=dCEssVYMhUk&feature=youtu.be

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Məsələn; Biz, Allahın yaratdığı ayə olan ağacdan elm öyrənmək üçün qələm-kağız ya da insanları öldürmək üçün ox-yay da düzəldə bilərik. Allahın nazil etdiyi ayə bizə elm öyrənməyi əmr etməkdə, insanları öldürməyi isə qadağan etməkdədir. Bunlardan birinin doğru digərinin isə pis olduğunu hamı bilir. Din də elə doğru olanları mənimsəməkdir.