Müsəlmanlar

Qan davasının İslam dinindəki hökmü nədir?

Sual: Qan davasının İslam dinindəki hökmü nədir?

Cavab: Qan davasının İslam dinində yeri yoxdur. Qan davası, şəriətin verdiyi haqla deyil, şəxsi istəkləri ilə rəqibini cəzalandırır. Qan davalarında sırf cinayətkarı öldürmək şərti də yoxdur. Yəni, cinayətkarın bizzat özü deyil, onun yaxınları qohum-əqrabası bu davada qurban gedə bilir. Halbuki, şəriətdə cinayətkardan başqası cəzalandırıla bilməz. Cəzalandırma da özbaşına məhkəmə olmadan şəxslərə buraxılmaz. Qisas və bu kimi cinayətlərdə əvvəlcə tədqiqat aparılır və cinayətkarın hansı hallarda, necə bir cinayət işlədiyi ortaya çıxarılır, sonra isə məhkəmənin çıxardığı hökm ilə zərərçəkmişə lazım olan haqlar verilir. Zərərçəkmiş bu haqqı ilə istəyir misli ilə qisas edər istəyərsə də bağışlayar və beləliklə düşmanlıq dostluğa çevrilə bilir.[1]

Ətraflı məlumat üçün aşağıdakı linkə nəzər yetirin:

http://www.muselmanlar.com/tedqiqatlar/3307.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] “Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və (qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır.” (Bəqərə 178.)