Müselmanlar
Bankların “faizsiz” dedikləri kreditləri almaq caizdirmi?

Bankların “faizsiz” dedikləri kreditləri almaq caizdirmi?

Sual: Bəzi banklar “yüzdə sıfır faiz”, “faizsiz kredit”- adıyla kampanyalar təşkil edir. Burada faiz sıfır; amma yenə də “faiz” ibarəsi var. Bu da haramdır?

Cavab: Kredit, faizli borc deməkdir. Heç bir bank faizsiz borc verməyə təşəbbüs etməz. Fayl xərci adı altında da olsa verdikləri borcdan qazanc əldə etməyə çalışırlar. Bu gün 100 manat verib, daha sonra 101 manat almaq faizdir. Bankların “komisyon”, “fayl xərci” adı altında aldıqları da faizdir. Bu, insanları aldatmaqdan başqa bir şey deyildir. Bu səbəblə diqqətli olmaq lazımdır.

Mənbə: Yəhya Şenol, “Bizə soruşurlar”, Kitab və Hikmət Yurnalı”, Aprel-İyun 2016, Sayı: 13, s. 105.

Bizi izləyin