Müsəlmanlar

Homoseksuallığın şəriətdəki hökmü nədir?

Sual: Homoseksuallığın şəriətdəki hökmü nədir?

Cavab: Avropada oxuyub oranın ictimaiyyətinin təsirində qalan ya da özlərini din alimi göstərən müstəşriklər belə bir şeyin normal bir hal olduğunu göstərməyə çalışırlar.

Quran homoseksuallığı fuhuş növlərindən sayır. Nəcm surəsi 32-ci ayədə: “Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər.”– buyurmaqdadır. Bu ayədə iyrənc əməllər deyə ifadə edilən fəvahiş kəliməsi cəmdir. Ərəb dilində cəm ən az üç olduğu üçün bunun növləri; “zina”, “homoseksuallıq”, “lezbiyənlik” olduğu qənaətindəyik. Bilavasitə, fuhuş müxtəlif adlarda və formalarda işlənməsinə baxmayaraq cəzası Nur surəsinin 2-ci ayəsində əmr edilən 100 şallaqdır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Bu barədə ətraflı məlumatı aşağıdakı linklərdə görə bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/431.html

http://www.muselmanlar.com/fitvalar/803.html

http://www.muselmanlar.com/fitvalar/5222.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []