Fitr sədəqəsini Ramazandan sonra da vermək olar?
Müsəlmanlar > Fitrə > Fitvalar Tarix: 15 iyul 2009 Tövsiyə et Çap et
Sual: Fitr sədəqəsini Ramazan ayından sonra da vermək olar? Sədəqə verilən şəxsə bunun sədəqə olduğunu mütləq demək lazımdır? Yoxsa sadəcə olaraq sədəqə niyyətinə vermək kifayətdir?

Cavab: Peyğəmbərimizin (ə. s.) hədislərinə əsasən fitr sədəqəsi bayram namazından əvvəl verilməlidir. Bundan sonra verilən sədəqə artıq fitr sədəqəsi deyil, Ramazan xaricində verilən digər sədəqələr kateqoriyasına daxil olur. Bu məsələyə dair hədis belədir:

Kim fitr sədəqəsini bayram namazından əvvəl versə, bu, məqbul bir zəkat olar. Kim də namazdan sonra versə, bu, sədəqələrdən bir sədəqə olar (Əbu Davud, Zəkat, 18).

Fitrə verən şəxsin daxilən niyyət etməsi kifayətdir. Onun fitrə verdiyi vaxt: “Bu, mənim fitrəmdir”, – deməyinə qətiyyən ehtiyac yoxdur. Hətta fitrəni verdiyi (fitrə alan) şəxsin xətrinə dəyəcəyi ehtimalına qarşı belə bir rəftardan xüsusilə uzaq durmaq lazımdır. Bəzi Maliki alimlərinin fikrincə, fəqirləri incidəcəyinə görə verilən şeyin sədəqə və ya zəkat olduğunu demək məkruhdur, başqa sözlə, xoşagəlməz bir şeydir.

Fitrə alan şəxsin aldığı şeyin fitrə olduğunu bilməsi də lazım deyil. Onun fitrə aldığına görə görməli olduğu bir iş də yoxdur.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Kimlər fitrə verməlidirlər? 15.07.09 507 dəfə oxundu
2 Fitr sədəqəsini Ramazandan sonra da vermək olar? 15.07.09 408 dəfə oxundu
3 Fitrəni necə hesablamaq lazımdır? 15.07.09 411 dəfə oxundu
4 İnfaq nə deməkdir? 06.02.11 327 dəfə oxundu
5 Zəkat və fitrəni Ramazan ayında vermək məcburidir? 16.04.10 327 dəfə oxundu
6 Sədəqə nə deməkdir? 03.05.11 366 dəfə oxundu
7 1 fitrəni bölüb 3-4 kasıba vermək olar? 28.08.11 119 dəfə oxundu
8 Fitrəni qardaş-bacıya vermək olar? 28.08.11 114 dəfə oxundu
9 Fitrəni dini sahədə fəaliyyət göstərən fondlara vermək olar? 28.08.11 104 dəfə oxundu
10 Ramazanda kömək üçün verilən pul fitrə hesab olunur? 29.08.11 102 dəfə oxundu