Müsəlmanlar

Şəriətə görə namaz qılmayanın cəzası ölümdür?

Sual: “Dində məcburiyyət yoxdur” ayəsi dinə girmə məsələsində məcburiyyət yoxdur; dinə girdikdən sonra məcburiyyət vardır, deyə yorumlana bilərmi? Buna görə, Tövbə surəsi 6-ci ayəsi dəlil göstərilərək, İslam ölkələrində namazı tərk edən adamın edam edilib cəsədinin çöpə atılması lazım olduğunu deyirlər. Sizin bu haqda görüşünüz nədir?

Cavab: Məzhəblərin bir qismində (Şafii, Hənbəli), bir müsəlman namazını qəsdən tərk edərsə, ona əvvəlcə xəbərdarlıq edilir. Əgər bu xəbərdarlığa məhəl qoymaz və namazı tərk etməyi davam edərsə, kafir sayılır və öldürülür. Bu fətvalarına əsasən bir hədis nəql etməkdədirlər ki, belə bir hədisin Qurana zidd olduğu və eyni zamanda səhih olmadığı da ortaya çıxmışdır. Allah, “Dində məcburiyyət yoxdur” ifadəsilə, dində məcburiyyətin heçbir növü olmadığını bildirməkdədir.

Belə bir fətva insanı münafiq edər. Tövbə surəsinin 5-ci ayəsini dəlil gətirmələri isə ayələr arası əlaqəni qura bilməmələri və bu ayələrin kimlər üçün tətbiq edildiyindən xəbərsiz olduqlarını ortaya qoyur ki, bu barədə ətraflı məlumat almaq üçün linkimizin bu yazısına müraciət edin: http://www.muselmanlar.com/tedqiqatlar/6156.html

Allah, dindən dönənin belə, cəzasının nə olduğunu Quranda bildirməkdədir:

“İman gətirdikdən, Peyğəmbərin həqiqi (peyğəmbər) olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz. Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.” (Əli-İmran, 3/86-87.)

Ayədən də açıqca gördüyümüz kimi, təkcə namazı tərk edənlər deyil, dinini tərk edənlərin cəzası belə, Allahın qəzəbi, lənəti olduğunu görməkdəyik. Ancaq sonrakı ayədə tövbə edənlər bundan istisna edilməkdədir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Ətraflı məlumat üçün aşağıdakı video dərsi izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=lMUK8z6HDKw

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []