Müsəlmanlar

Vətəndaşın dövlətə qarşı vəzifəsi nə olmalıdır?

Sual: Vətəndaşın dövlətə qarşı vəzifəsi nə olmalıdır?

Cavab: İnsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə, ölkəsinə, dövlətinə və bütün insanlığa qarşı haqq və vəzifələri vardır. Bir müsəlman bu mövzudakı vəzifələrini; fərzləri, halal və haramları doğru öyrənməlidir. Belə olmazsa nümunəvi bir insan və yaxşı bir müsəlman olması mümkün olmaz. Məhz müsəlmanların terorist və pis insanlar kimi göstərildiyi bu çağımızda buna çox ehtiyac vardır. Əslində müsəlmanlar bunu kimlərəsə xoş görünmələri üçün də etməzlər. Çünki bu Allahın onlara yüklədiyi bir məsuliyyətdir və Allah rizası üçün edilir.[1]

Dövlət nə qədər mühüm olsa da onun da adil və zalım olanı olur. Bu səbəblə, bir vətəndaş dövlətinə qarşı itaətini; Rəbbinə, xalqına və vətəninə sədaqəti ilə ölçməlidir. Əgər qurulan dövlət bu dəyərlərə rəayət etmirsə, o zaman həmin dövlətə itaət etmək şərti ortadan qalxar. Çünki, dövlət, bu dəyərləri qorumaq üçün qurulur.

Quranda aşağıdakı xüsusiyyətlərə sahib insanlara itaət edilməməsi əmr edilir:

“İtaət etmə! hər tez-tez and içənə, alçağa,

Qeybət edənə, dedi-qodu yayana,

Xeyrə mane olana, həddi aşana, günahkara,

Daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçı, zinakara,

O, var-dövlət və oğul-uşaq sahibi olsa belə.

Ayələrimizə: “Bu, keçmişdəkilərin nağıllarıdır”, deyənlərə uyma! (Qələm, 68/9-14)

Buna bənzər məlumat üçün aşağıdakı keçidə yönəlin:

http://www.muselmanlar.com/fitvalar/6712.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Mənbə: “Din və Dövlət münasibətləri”, GBS nəşriyyat, Bakı 2014, Maddə, 40, s. 41.