Müsəlmanlar

Ölmüş əqrabalarımız dua etməklə əfv edilə bilər?

Sual: Ölən əqrabalarımızın günahlarının bağışlanması üçün dua etməyimizi necə izah edərsiniz? Bu bir növ, bizim duamızla başqa birinin əfvedilməsi fəaliyyəti deyilmi?

Cavab: Biz, bir müsəlman olaraq hər kəsin yaxşılığı üçün dua edərik.[1] Məsələn, İbrahim əleyhissəlamın bir duası var:رَبَّنَا اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ الْحِسَابُ = “Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” Biz bunu həmişə namazda da təkrarlayırıq. Bu dua, bizim yaxşı niyyətlə olan təmənnimizdir. Qəbul edib etməməsi Allah Təalanın biləcəyi bir şeydir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna oxşar sual-cavablara aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6038.html

http://www.muselmanlar.com/?s=dua

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] İslama düşmənçilik edərək ölənlər xaric.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []