Müsəlmanlar

Quranda Allahdan başqasına itaət əmri varmı?

Sual: İtaətin təkcə Allahın rəsuluna yəni, elçisinə olacağını deyirsiniz. Amma Allah Təala, Nisə surəsi 59-cu ayəsində özünə, rəsuluna və ulul-əmrə itaət edilməsini əmr etmişdir. Bu əmrə görə itaət təkcə Allaha olmadığını deyə bilərik?

Cavab: Qurani-Kərimdə ulul-əmrə[1] itaət əmr edilir. Yəni, hər hansı bir məsələdə səlahiyyətli şəxslərə itaət etmək lazımdır. Ancaq burada mühüm fərqi gözdən qaçırmamaq lazımdır: Bu şəxslərə etiraz edilə bilər. Lakin Allaha, kitabına heç kim etiraz edə bilməz. Bu səbəblə, “Əgər hər-hansı bir məsələdə münaqişə edərsəniz, Allaha və elçisinə yönəlin.” (Nisə 4/59.) Ayədə “Allaha və elçisinə yönəlin.” – ifadəsindən qəsd edilənin kitab (Quran) olduğu bilinməlidir. Çünki, elçi öz sözünü deyil, Allahın sözünü deyən şəxsdir.

Nəticə etibarilə, ayədən də gördüyümüz kimi “ulul-əmr” ifadəsindən mütləq itaət qəsd edilməməkdə və müsəlmanlara aralarında münaqişə olduğu zaman hakəm olaraq Allahın kitabına yönəlmələri əmr edilməkdədir.

Buna oxşar sual-cavablara aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/dusunce-sahesi/5579.html

https://www.youtube.com/watch?v=viCfgoQht5M

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Ulul-əmr, “itaət sahibi”, “idarəçi”, “rəhbər”- mənalarına gəlir.