Müsəlmanlar

Qan vermək orucu pozur?

Sual: Qan bağışlamaq orucu pozar? Ramazan ayında qan vermək olar? İnsan oruclu olduğu vaxt qan versə, orucu batil olar?

Cavab: Orucu pozan şeylər; yemək, içmək və cinsi əlaqədir. Qan vermək orucu pozan hallardan deyildir.

Səhabədən Abdullah ibn Abbas, Rəsulullahın ehramlı və oruclu olduğu halda qan aldırdığını bildirmişdir. (Buxari, “Savm, 32”, Müslim, “Həcc, 11.”)

Hədisdən də başa düşüldüyü kimi oruclu olmaq da ehramlı olmaq da qan verməyə mane deyildir.

Oruc barədə ətraflı məlumat almaq istəyənlər aşağıdakı keçidə daxil olsunlar:

http://www.muselmanlar.com/?s=oruc

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.