Müsəlmanlar
Müharibədə əsir alınanlara qisas cəzası tətbiq edilə bilər?

Müharibədə əsir alınanlara qisas cəzası tətbiq edilə bilər?

Sual: Müharibədə, möminləri öldürənlər üçün Bəqərə 178-ci ayə ecabı qisas tətbiq edilir yoxsa, Muhəmməd surəsi 4-cü ayəsinə əsasən, fidyə qarşılığında ya da fidyəsiz azadlığa buraxılırlarmı?

Cavab: Döyüş əsnasında adam öldürmək, müharibə qaydaları çərçivəsində normal qarşılanan bir hərəkətdir. Döyüşə qatılan bir adama “nə üçün adam öldürdün”- deyə soruşulmaz. Fəqət döyüş xaricində adam öldürmək belə deyildir. Müharibə olmadan bir cana qıymaq cinayətdir və cəzası qisasdır. Əlbəttə ki, zərərçəkmişin ailəsinin əfv etmək və diyət almaq haqqı da vardır.[1]

Müharibə meydanlarında əsir alınan bir adama Muhəmməd surəsinin 4-cü ayəsində ifadə edilən əsirlik hökmləri tətbiq edilir. Bu hökmlər də “ya qarşılıqlı ya da qarşılıqsız azad etmək”– olaraq bildirilir. Qısacası, müharibədə əsir alınanlara qisas tətbiq edilməz.

Əsir alınanlarla əlaqədar ətraflı məlumat üçün aşağıdakı linki tuşlaya bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/6156.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə 2/178.