Müselmanlar
Biz nə üçün oruc tuturuq?

Biz nə üçün oruc tuturuq?

Sual: Biz nə üçün oruc tuturuq? Tutmasaq olarmı və bunun vəbalı nədir? Ac qalmağın mənası varmı?

Cavab: Oruc Allahın bir əmridir. Quranda ərəbcəsi: “الصِّيَامُ=siyam” deyə ifadə edilir.

Bu əmr, namaz, zəkat və həcc kimi Adəmdən bəri mövcuddur.[1]

Nə üçün oruc tuturuq? Çünki, biz onun qoyduğu qaydalar və əmrlərlə imtahan edilirik. Bu əmrləri qəbul etməyənlərin dinlə əlaqələri qalmaz. Qəbul edib yerinə yetirməyənlər isə böyük günah sahibidirlər.

Oruc tutmaqda Allahın istəyi insanları ac buraxmaq deyil, ac insanların halını anlatmaqdır. İnsanların eqosunu yıxmaq, başqalarını da düşünməyi saxlamaqdır. Bu səbəblə ayədə: “…sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!”

Oruc eyni zamanda Allahın verdiyi ruzinin qədr-qiymətini idrak etməyi məqsəd bilir. Oruc tutmaq əmri, insanları əqidəvi və mənəvi yöndən tərbiyə etməyin ən gözəl yollarından biridir. Bunun üçün Rəsulullahdan gələn bir hədisdə: “Allah, oruc tutanın mükafatını xüsusi olaraq mən verəcəyəm”[2]– deyə  bildirir.

Ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/tedqiqatlar/871.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə, 2/183.

[2] Buxari, “Savm, 9”; Müslim, “Siyam, 163.”

Bizi izləyin