Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir?
Müsəlmanlar > Fitvalar > İman-əqidə-ibadət > Siyasət Tarix: 06 Haziran 2016 Tövsiyə et Çap et
Sual: Mövcud hüquq sistemində olan bir çox qanun Quranda keçən haqq-hüquq və cəza hökmlərinə ziddir. Bu hüquq sisteminin tətbiqatçısı olan baş nazir, nazir, vəkil, hakim və məmurlar istədikləri kimi hökmlər qoymaqla əslində haqları olmayan şeylərə nail olur, lakin halkın istəkləri yerinə gətirilmir və nəticədə ədalət bərpa edilməməkdədir. Müasir dövrümüzdə mütləq ədaləti bərpa edəcək Quran hökmləri tətbiq edilə bilməməkdədir. Bu nöqtəi-nəzərdən yaxşı niyyətli məmurların məsuliyyətlərinin ölçüsü nədir və “biz əmr quluyuq”- deməkləri onlara bəhanə ola bilərmi?

Cavab: İman, Allaha tam olaraq güvənməkdir. Küfr isə Allahın bir və ya birdən çox ayəsinə göz yummaqdır. Dünyanın harasında və hansı şərtlər altında yaşayırsınızsa yaşayın, ayələrə göz yummaq üçün bir çox səbəb, bəhanə tapa bilərsiniz. Belə olmasa imtahan olmaz. Çünki imtahan, dünyanı axirətə seçib-seçməmək imtahanıdır. Allah Təala belə buyurmuşdur:

“Kafirlərin (ayələrə göz yumanların) Giriftar olacaqları şiddətli əzabdan dolayı vay halına! O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.” (İbrahim, 14/2-3.)

İnsanların çoxu, imtahanın çətinliklərinə dözə bilməyib, şeytanın tələsinə düşər və dinə xidmət yerinə, dini özünə xidmət etdirməyə çalışır. Müəyyən müddət xeyrini də görür, lakin axırı böyük bir fəlakət, peşmançılıq olur.

“Mələklər özlərinə zülm edənlərin canlarını alanda (onlara): “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. (Mələklər də onlara): “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.” (Nisə, 4/97.)

Din fitrətdir, onun əmr və qadağaları beynəlxalqdır. Müsəlman, necə şərtlər altında olur-olsun, Allahın ayələrinə qeydsiz-şərtsiz təslim olan insandır. Belə bir insan, beynəlxalq doğruların müdafiəçisi olduğu üçün təkbaşına da olsa dünyanın ən gülcü insanıdır. Allahın din tərifi bu ayənin içindədir:

“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın fitrətinə (məxluqatlardakı qanuna) doğru. O, insanları da ona (qanuna) əsasən yaratmışdır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum, 30/30.)

Məxluqatın bir parçası olan insan, mənfəətlərinə tərs düşənə qədər Qurana uyğun davranışlara hörmət göstərir. Mənfəətinə tərs düşən kimi bəzi ayələrə qarşı rəftarı dəyişir; özünü və çevrəsini razı salmaq üçün də “Nə edə bilərəm, şərtlər bunu tələb edir!”– deyər. Elə kafirlik budur. Kafir, ən böyük qarşıdurmanı öz daxilində yaşayır və ilk mübarizəni də özünə qarşı edir. Bu da onu ciddi mənada zəif salır.

Müsəlman heç bir zaman və heçbir əsasla şəxsi mənfəətlərini ilahi mənfəətlərə dəyişə bilməz. Mübarizə etməsi lazım olan şeylərə qarşı təslim olmaz. O zaman Allahın qəzəbinə düçar olur.

“Əmr qulu olmaq bəhanə ola bilərmi?”- deyə soruşursunuz. Bəli, hamımız əmr quluyuq; amma ən güclü olan Allahın əmrinin quluyuq!

Allahdan qabaq başqasına qul olmaq, şirkin özüdür. Şirk də Allahın əsla əfv etməyəcəyi

günahdır. Allah Təala bizə İbrahim əleyhissəlamı nümunə verir:

“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn (əzabı) dəf edə bilmərəm!”– deməsi istisnadır. (Onlar dedilər): “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.”

“Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Onlarda sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə (bilsin ki,) Allah Zəngindir, Tərifəlayiqdir.”

“Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında dostluq yaratsın. Allah (hər şeyə) Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Mümtəhinə, 60/2-7.)

İnsan, ac-gözlü yaradılmışdır. İnsanı batıran şey, mənfəətlərini ikinci sıraya ata bilməməsidir.

Buna bənzər məlumat almaq istəyənlər bu linkə baxa bilərlər:

http://www.muselmanlar.com/fitvalar/5870.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Quranda “İslam dövləti” məfhumu varmı? 27.04.16 568 dəfə oxundu
2 İslamda irqi ayrı-seçkiliyə münasibət 25.02.12 1.581 dəfə oxundu
3 Vətəndaşın dövlətə qarşı vəzifəsi nə olmalıdır? 05.08.16 419 dəfə oxundu
4 Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar? 31.10.11 1.373 dəfə oxundu
5 İslamı ərəbləşdirmək nə dərəcədə düzgündür? 01.03.12 1.283 dəfə oxundu
6 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 277 dəfə oxundu
7 Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi? 26.10.15 611 dəfə oxundu
8 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.475 dəfə oxundu
9 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 722 dəfə oxundu
10 Müaviyə barədə qısa sual-cavab 04.08.09 2.657 dəfə oxundu
11 Həzrəti Hüseyn bilə-bilə ölümə getdi? 20.06.12 2.688 dəfə oxundu
12 Ölkəmizdə olan iqtisadi böhranın səbəbi nədir? 13.03.17 106 dəfə oxundu
13 Dövlət vətəndaşına necə davranmalıdır? 03.08.16 435 dəfə oxundu
14 Dində bir dəqiqəlik sükut məsələsinə necə qiymət verilir? 26.07.12 1.328 dəfə oxundu
15 Səs vermək kafirlikdir? 28.12.10 6.736 dəfə oxundu
16 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.217 dəfə oxundu
17 Səs verdiyimiz insan səhv edirsə, buna biz də cavabdehik? 28.12.10 6.910 dəfə oxundu
18 Yezidə nəhlət (lənət) oxumaq olar? 18.03.13 2.060 dəfə oxundu
19 Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz? 29.12.10 4.741 dəfə oxundu
20 Müsəlmanlar nəyə görə qərblilərdən geri qalıblar? 21.06.13 1.051 dəfə oxundu
21 Demokratiya məsələləri 29.12.10 4.977 dəfə oxundu
22 Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı? 04.05.16 590 dəfə oxundu
23 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 1.892 dəfə oxundu
24 Dövlət başçılarını təhqir etmənin dini bir cəzası varmı? 22.04.16 563 dəfə oxundu
25 Hər yerdə müsəlmanlara zülm edilir. Nə edək? 20.03.11 1.571 dəfə oxundu
26 Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi? 09.06.15 825 dəfə oxundu
27 Zəmanənin imamına beyət etmək 03.03.10 2.672 dəfə oxundu
28 Nə üçün dünyada həmişə müsəlmanlar əzilir? 28.03.11 1.476 dəfə oxundu
29 Osmanlı alimlərinin qardaş qətlinə verdiyi fətva doğrudurmu? 03.12.15 513 dəfə oxundu
30 Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir? 27.02.10 1.750 dəfə oxundu
31 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.564 dəfə oxundu
32 Zalım dövlətlərin xalqları potansial düşmən deyilmi? 01.06.16 455 dəfə oxundu
33 İslama əsasən millət, ümmət, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi 12.08.09 2.035 dəfə oxundu
34 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 1.518 dəfə oxundu
35 Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir? 06.06.16 533 dəfə oxundu
36 İslam dininin zorakı millətçilik anlayışına baxışı 13.08.09 1.544 dəfə oxundu
37 Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər? 24.10.11 1.780 dəfə oxundu
38 Quranda Allahdan başqasına itaət əmri varmı? 12.07.16 569 dəfə oxundu
39 Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi? 31.08.15 587 dəfə oxundu
40 Təəssüb nə deməkdir? 17.01.12 1.486 dəfə oxundu
41 Qumar, faiz və zina bir ölkədə qanuni isə idarəçilərinin məsuliyyəti nədir? 18.07.16 476 dəfə oxundu