Müsəlmanlar

Övladlıq alan ailə arasında məhrəmiyyət necə olmalıdır?

Sual: Övladlıq alan ailə arasında məhrəmiyyət necə olmalıdır?

Cavab: Övladlıq alan ailə ilə övladlığa alınan uşaq arasında hər hansı bir qohumluq, məhrəmiyyət bağı olmaz. Əğər uşağı əmizdirərsə, onda bu problem böyük ölçüdə həll edilmiş olur.

Uşağı alan valideynlər, onun həqiqi valideynləri deyildir. Bu həqiqəti, aldıqları uşağa ilk gündən bildirmələri lazımdır. Ona, sənin atan və anan filan şəxslərdir. Onların yerinə sənə biz baxacayıq, deməlisiniz. Çünki, Qurani-Kərim onları atalarının adıyla çağırmalarını tövsiyə etməkdədir.[1] Əgər gizlədərsəniz, müəyyən bir vaxtdan sonra özü eşidərsə uşaq psixoloji böhran keçirər və sizin etdiyiniz yaxşılıqları da görməyə bilər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/404.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidirMÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Əhzab 33/5.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []