Müsəlmanlar

Yuxu yozumu barədə nə deyə bilərsiniz?

Sual: Yuxu yozumu barədə nə deyə bilərsiniz?

Cavab: Heç kim Yusif əleyhissəlam kimi yuxu təvil edə bilməz. Çünki yuxunun təvilini ona Allah öyrətmişdir, yəni mənbəyi Allahdan idi.

Çox nadir yuxular həqiqətə bir işarət ola bilər. Yuxuda gördüklərimizin əksəriyyəti zehnimizdən keçən şeylərin canlanmasından ibarətdir. Biz, yuxunu istədiyimiz kimi yoza və yorumlaya bilərik. Bu yozma və yorum isə həqiqət naminə bir şey ifadə etməyə bilər. Bəzi hallarda doğru da çıxa bilər. Ancaq yuxu yozmalara və yorumlara əsaslanaraq həyatımızı istiqamətləndirməməliyik. Əgər yuxuda xeyirli bir şey görmüşüksə, onu həyatımıza yansıtmaq isə çox yaxşı olar.

Buna oxşar sual-cavablara aşağıdakı linklərdən tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/657.html

http://www.muselmanlar.com/fitvalar/5525.html

http://www.muselmanlar.com/fitvalar/5970.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.