Müsəlmanlar
Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur?

Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur?

Sual: Bədir və Uhud döyüşlərində Mələklərin rolu nə olmuşdur?

Cavab: Allah Təala mələkləri köməyə göndərdiyini bildirir. Çünki Allah, müsəlmanlara Məkkəni ələ keçirmək, yəni zəfər müjdəsini vermişdi. Mələklər, Ənfal surəsinin 12-ci ayəsində ifadə edildiyi kimi, kafirlərin qəlbinə qorxu salır və onları rahatsız edir, möminlərin isə qəlbinə fərahlıq verirlər. Burada fiziki müdaxilədən söhbət getmir. Belə bir müdaxilə, vəd edilən zəfəri əldə etmək üçün kifayət deyildir. Çünki zəfər, mələklərlə deyil, insanların şücaəti və əmrə itaəti ilə əldə edilir. Müsəlmanlar Bədirdə və Uhudda kifayət qədər şücaət göstərmədikləri və əmrə itaət etmədikləri üçün vəd edilən zəfərə (Məkkənin fəthinə) nail ola bilməmişlər. Bu səbəblə də Ənfal surəsinin 68-ci ayəsində Allah bütün müsəlmanları töhmətləyir.[1]

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Ətraflı məlumat almaq üçün aşağıdakı məqalə və video dərslərimizə baxa bilərsiniz:

http://www.muselmanlar.com/tedqiqatlar/6156.html

http://www.muselmanlar.com/elanlar-xeberler/6447.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] “Əgər Allah tərəfindən əzəldən yazılan bir hökm olmasaydı aldığınız (fidyə) müqabilində sizə böyük bir əzab toxunardı.” (Ənfal 8/68.)

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []