Müsəlmanlar
Xarici görünüşün qeyri-müsəlmanlardan fərqli olması vacibdir?

Xarici görünüşün qeyri-müsəlmanlardan fərqli olması vacibdir?

Sual: Peyğəmbər əleyhissəlam, yəhudilər saçlarını uzadınca qısaldır və onların tərsinə hərəkət edərdi. Müasir dövrümüzdə bir çox din mənsublarının və hətta ateistlərin belə saqqal saxladıqlarını və saçlaını uzatdıqlarını görməkdəyik. İndi biz onlara müxalifət edərək saç-saqqallarımızı kəsməliyik?

Cavab: Qurani-Kərim, qeyri-müsəlmanların dində olmayan şeyləri adət-ənənələrinə, geyim-keçim tərzlərinə yansıtmasına və bunları din adına təqdim etmələrinə qarşı çıxmışdır. Yoxsa hər hansı millətin saç-saqqal saxlamaq qaydasının, geyim-keçim tərzinin xüsusi bir qaydada olmasını Allah xor görməz. Xor görülmək, onların din adına uydurduqları qaydalar haqqındadır.

Rəsulullah yeri gələndə saçını, saqqalını üzatmış, yeri gələndə də qısaltmışdır. Bunu dini qaydalara, sünnəyə aid etmək doğru deyildir.

Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/5804.html

http://www.muselmanlar.com/fitvalar/6006.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur