Müsəlmanlar

Ərə gedəcək qızlar, oğlanda hansı keyfiyyətləri axtarmalıdır?

Sual: Qızlar ərə gedəcək oğlanda hansı keyfiyyətləri axtarmalıdır? Qızın və ya oğlanın ya da hər ikisinin bir-birini seçmədə, Quran işığında diqqət edəcək yönləri nə olmalıdır?

Cavab: Əsl diqqət edəcəkləri xüsus; mömin olması, namuslu olması, yəni, gizli ya da açıq şəkildə zina etməyən birisi olmalıdır. Bu qədər.

Peyğəmbər əleyhissəlam da: “Üzdən gözəl olanı, varlı olanı deyil, dini, əxlaqi keyfiyyəti olanı tövsiyə etmişdir.”[1]

Bundan başqa keyfiyyətlər axtaranlar çox zaman ya evdə qalır ya da istəmədiyi biri ilə ailə qurur.

Əslində heç kim yer üzündə özünə tay olacaq birini görmür. Belə bir məsəl var: “Biri öz ağlını heç bəyənmirmiş. Bir gün ona deyirlər ki, bütün ağıllar burada, istədiyini seç! O adam çox axtarandan sonra nəticədə yenə öz ağlında qərar qılmışdır.”

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/6425.html

http://www.muselmanlar.com/fitvalar/5677.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur

[1] Buxari, “Nikah”, 15

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []