Müsəlmanlar

İslam qadın haqlarını qoruyurmu?

Sual: İslam, qadın haqlarını qoruyur?

Cavab: Bəli! İslam qadın haqlarını qoruyur. Ancaq biz, İslam dedikdə məzhəbləri qəsd etmirik. Çünki bu məzhəblərin İslamla çox da əlaqəsi qalmadığı üçün onlar, qadınların  haqlarını qəsb edənlərin başında gəlirlər.

Qadınlar bunu yaxşı bilməlidirlər: Heç bir bəşəri sistem, ənənə ya da məzhəb, onların haqlarını layiqi şəkildə qorumamaqdadır. Təkcə Allahın kitabı qadınlara layiq olan haqları verməkdədir. Lakin məzhəblər, Peyğəmbər və böyük alimlərin adından uydurulan hədisləri dəlil gətirərək, qadın haqlarını əsrlərdir qəsb etmiş və hələ də etməkdədirlər. Bu barədə saytımızda yüzlərlə dəlili göstərmişik. Bir-iki nümunə də burada vermək istəyirik:

Bütün məzhəblərdə ərə gedən qızın istəyi soruşulmaz, istənilən yaşda ərə verilir. Kişi nikahdan əlavə; yüzlərlə cariyəsinə məşuqəsi kimi (bir də şiələrə görə mutə yoluyla başqa qadınlara) sahib ola bilər. Cariyələr haqda belə deyərlər: “Əgər sahibi ərdə olan cariyəsini arzulayırsa, onu müəyyən müddətə ərinin əlindən alar, arzusunu yerinə yetirdikdən sonra qaytarar.” Üstəlik əgər döyüşdə əsir düşərsəniz, istəyir evli olun, istəyir bekar və hətta uşaq olsanız belə sizə təcavuz etmək haqları olduğunu deyərlər. Bu görüşləri bütün məzhəblərdə ittifaqla qəbul edilmişdir.[1]

Nəticə etibarilə,  ağlını işlədən və Allahın kitabına, İslama uyan heç bir qadın, Allah və İslam adına qadınlara qarşı uydurulan bu cür görüşlərə, fətvalara, məzhəblərə boyun əyməz. Çünki, İslam tarixində qadınlar qədər istismar edilən başqa bir varlıq olmamışdır. Bu səbəblə, Onlardan bir şey tələb edildiyi zaman, Allahın kitabına, İslama uyğun olub-olmadığına baxılmalıdır. 

Suala cavab verdi: Aydın Mülayim.[2]

Ətraflı məlumat almaq istəyənlər aşağıdakı məqalə və video dərslərimizə baxa bilərlər:

http://www.muselmanlar.com/tedqiqatlar/6127.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Tabatabai, əl-Mizan, c. IV, s. 215-270;, ən- Nəvəvi, Minhacut-Talibin, s. 311. Fıkhul İslamiyə Qamusu, c. III, s. 547-548.

[2] Müsəlmanlar.com saytının redaktoru.