Müsəlmanlar

Yas saxlamaq olarmı?

Sual: Ölkəmizdə din adına 3, 7 və 40 kimi yas mərasimləri tərtib edilir. Ölənin yaxınları tərəfindən tərtib edilən bu yas mərasimlərinin ölənə və yaxınlarına bir faydası varmı?

Cavab:  Bir insan olaraq, üzülmək ya da sevinmək fitrətimizdə vardır. Əlbəttə ki, yaxınlarımızdan, sevdiklərimizdən biri vəfat etdiyi zaman istər-istəməz üzülürük. Yəni, yasını saxlayırıq. Belə bir şeyin sevənləri üçün günü ya da hər hansı müddəti olmaz.

Belə bir məqamda, kənar şəxslərin edəcəyi iş; gəlib onlara təsəlli vermək, dəstək olmaq və vəfat edən şəxsə dua edib cənazəsini qılmaqdır. Yoxsa gəlib yük olmaq, özləri ilə məşğul etmək və yeyib-içib dağılmaq deyildir.

Nəticə olaraq; nə Qurani-Kərimdə nə də peyğəmbərimizin sünnəsində (tətbiqatlarında) 3, 7 və 40 kimi yas mərasimləri yoxdur. Nə də bunların ölmüş şəxsə bir faydası yoxdur. Bütün bunlar mollaların insanları, dini istismar etmək və cəmiyyətin cəhalətindən faydalanmaqları üçün uydurulmuş və eyni zamanda kökü Zərdüştlüyə qədər uzanan bir ənənənin davamıdır.

Suala cavab verdi: Aydın Mülayim.[1]

Ətraflı məlumat üçün saytımızın aşağıdakı video dərsinə və “Quranda din adamları” kitabımıza baxa bilərsiniz:

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur

[1] Müsəlmanlar.com saytının redaktoru.