- Müselmanlar - http://www.muselmanlar.com -

“Ləbbeyk ya Əli!”, “Ləbbeyk ya Hüseyn” demək nə dərəcədə doğrudur?

Cavab: İstiğasə-kömək istəmək, dua şəklində olan bir ibadətdir. Belə bir kömək təkcə Allahdan istənilir. İmamların heç biri, belə bir şüar səsləndirərək öz atalarını köməyə çağırmamışlar. Əli əleyhissəlamın da Hüseyn əleyhissəlamın da şüarı təkcə “Ləbbeyk ya Allah” olmuş və onlar tək Allaha təvəkkül (söykənmək) etdikləri üçün ucalmışlar.

Rəsulullah əleyhissəlam: “Mənimlə istiğasə edilməz, Allahla edilir”– buyurmaqdadır. “Mədəd ya Rəsulullah, mədəd ya Əli, ya Hüseyn!”- kimi şüarların bu məqsədlə ifadə edilməsi şirkə yol açır. Xüsusilə şiələrin “Allah, Muhəmməd ya Əli!” şüarları Xristianlardakı Ata, Oğul və Ruh”dan ibarət olan “təslis” əqidəsinə bənzəməktədir.

İmamlar belə şüarlara şiddətlə qarşı çıxmışlar. Məsələn, əl-Kəşşi öz isnadıyla Musadifdən belə bir rəvayət nəql edər: “İnsanların Küfədə “Ləbbeyk! ya Cəfər” deyə çağırdıqlarını eşidəndə Cəfər Sadiqin evinə gəldim və bunu ona xəbər verdim. İmam dərhal səcdəyə qapandı və sinəsini göyərçin kimi yerə yapışdıraraq ağlamağa başladı. Barmağıyla işarət edərək belə deyirdi: Xeyr! mən qəfəsdəki Allahın kiçik bir quluyam! Bunu dəfələrlə təkrarladı. Başını qaldıranda gözyaşları saqqalından damlayırdı.

Mən ona bu xəbəri verdiyim üçün peşmanlıq çəkdim və dedim ki, niyə bu qədər üzüldünüz? İmam buyurdu: Ey Musadif! Əgər Nəsranilərin İsa haqqında dediklərinə İsa sussaydı, qulağını kar və gözünü kor etməsi Allaha şərt olurdu.”[1] [1]

Şiələrin iftixarı olan Xomeyni isə öz kitabında belə yazır: “Şübhəsiz ki biz, Allahın onlara qüdrət verdiyi imamların və peyğəmbərlərin müqəddəs ruhlarından mədəd istəyirik.” Sonra belə davam edir. “Batıl bir əməl olsa belə, daşdan və ya qayadan bir şeylər tələb etmək şirk deyildir.”  (Xomeyni, “Kəşful-Əsrar”, s. 49.)

Qurana görə isə şirk: Allah ilə qullar arasına qoyulan güclər; köməkçi, qurtaran, şəfaət edəcəyinə inanılan hər şeydir.

Bütün müqəddəs kitablarda ən böyük günahın şirk olduğunun yazılmasına baxmayaraq, insanların çoxunun Allah ilə özləri arasında səlahiyyətli, sevilən şəxslərin vəya səlahiyyəti Allah tərəfindən verilmiş bir vasitəçinin varlığına inanmaları və belələrini Allaha yaxın hesab edib, onlardan kömək və şəfaət gözləmələri insanlıq adına böyük bir fəlakətdir.[2] [1]

Suala cavab verdi: Aydın Mülayim.[3] [1]

Ətraflı məlumat üçün saytımızın aşağıdakı video dərsimizə və kitabımıza baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=jZbLAReLlpk [2]

http://www.muselmanlar.com/kitablar/1885.html [3]

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR [4] © 2004 Bütün hüquqları qorunur.

[1] [5] Əbu Amr əl-Kəşşi, “Risali Kəşşi, s. 192-193.

[2] [5] “Dini sırf Allaha məxsus edin! Allahla özləri arasına qoyduqlarını özlərinə himayəçi tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.(Zümər 39/3.) Ayrıca bax: Ənam 7/40-41; Əhqaf 46/4-5.

[3] [5] Müsəlmanlar.com saytının redaktoru.