Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi?
Müsəlmanlar > Din-əxlaq-ədəb > Fitvalar > Təfsir Tarix: 26 Şubat 2016 Tövsiyə et Çap et
Sual: Tövratın içində Qurana yüzdə yüz tərs bölümlər var. Bunların təhrif edildiyi və ya sonradan əlavə edildiyi çox açıqdır. Bu səbəblə bu kitablara Quranın təsdiq etdiyi kitablar nəzərindən necə baxacayıq?

Cavab: Əlbəttə, Tövrat və İncildə təhrif edilən yerlər çoxdur. Quranın heç bir yerində də “Quran Tövratı ya da İncili təsdiq edər” kəliməsinə rast gəlməzsiniz. Quranda keçən ifadə “Quran özündən əvvəl gələn kitabları təsdiq edər” şəklindədir. Bir çox ayədə də “özü ilə bərabər olanı təsdiq edər” yəni, Tövratı və İncili deyil, onlarda özünə (Qurana) uyanı təsdiq edər. Quranın bir vəsfi də مُهَيْمِنً = mühafizə edən”– deməkdir.

Məsələn, Maidə 48-ci ayədə belə buyurulur:

“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver…”

Biz bizdən əvvəlki kitabları təsdiq etmək borcundayıq. Belə olmazsa bizdən əvvəlkilərin Qurana inanmaq öhdəlikləri doğmaz. Bu səbəblə biz təbliğat apardığımız zaman, Katolik kilisəsinə də yazılı məktub göndərib bu təklifi edirik; “gəlin, siz də öz kitablarınızı, biz də Quranı və hətta Zərdüştlərin, Vədaların, dünyadakı bütün bütpərəstlərin də kitablarını bir araya qoyub, birlikdə oxuyaq,”- dedik. Ancaq buna heç biri təşəbbüs göstərmir. Bu işdə məqsədimiz; görsünlər ki, Quran onların da kitabıdır və peyğəmbərimiz Muhəmməd onların da gözlədiyi elçidir. Əslində onlar da bunu çox yaxşı bilirlər. Ancaq sistemləri çökməsin deyə, qəbul etmirlər.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2505.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 543 dəfə oxundu
2 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 518 dəfə oxundu
3 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 490 dəfə oxundu
4 Tağut 28.04.17 3.091 dəfə oxundu
5 Təhrif nədir? 13.11.17 118 dəfə oxundu
6 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 161 dəfə oxundu
7 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 154 dəfə oxundu
8 Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı? 23.07.18 144 dəfə oxundu
9 Quran təhrif edilə bilərmi? 14.05.18 208 dəfə oxundu
10 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 140 dəfə oxundu
11 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 763 dəfə oxundu
12 Təbbət surəsi 11.07.11 3.426 dəfə oxundu
13 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.754 dəfə oxundu
14 Qureyş surəsi 28.07.12 2.560 dəfə oxundu
15 Nas surəsi 29.07.12 4.996 dəfə oxundu
16 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 952 dəfə oxundu