Tərkibində spirt ya da donuz əti olan maddələri yemək haramdırmı?
Müsəlmanlar > Fitva > Fitvalar Tarix: 17 Şubat 2016 Tövsiyə et Çap et
Sual: Mağazadan aldığımız konfetlərin bir çoxunda spirt ya da donuz əti vardır. Bu cür qidaları qəbul etmək nə dərəcədə doğrudur?

Cavab: Allah Təala bizə nəyin halal nəyin haram olduğunu Qurani-Kərimdə açıq-aydın qaydada bildirmişdir. Bundan əlavə bir şeyin niyə haram olduğu da ifadə edilməkdədir. İçki də bu haramlardan biridir.

İçkinin haram edilməsindəki illət (səbəb), onun sərxoşedici xüsusiyyətinin olmasıdır. Bu xüsusiyyət, insana təsir edəcək mahiyyətdə isə; hər hansı maddədə və ya mayedə olarsa, onun içilməsi haramdır. Adı hər nə olur olsun içmək olmaz. Bunun tərsi olaraq; əgər sərxoşedicilik gücdə olmayan hər hansı bir maddəni və ya mayeni qəbul edirsək, istəyir adı spirt, pivə, konyak olsun, bunların qəbul edilməsində bir problem yoxdur.  Çünki, onsuz da qəbul etdiyimiz bütün qidaların tərkibində bu maddələrdən müəyyən faiz vardır.

Donuz ətinə gəlincə; Quranda, donuz ətinin yeyilməsi haram buyurulmuşdur. Bunun illəti (səbəbi) isə bildirilməmişdir. Bunun üçün donuz ətinin hər hansı bir maddədə az və ya çox olması, onun haram olmasına maneə təşkil etməz. Qısacası; tərkibində donuz əti olan qidaları yemək olmaz.

Suala cavab verdi: Aydın Mülayim.

Buna oxşar sual-cavaba aşağıdakı linkdən baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/2272.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

 

Facebook'ta PaylaşTwitter'da Paylaş