Müsəlmanlar
Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır?

Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır?

Sual: Çevrəmizdə imamsız, şeyxsiz və vasitəsiz Allahın rizasına nail olmaq mümkün deyildir deyən bir çox müəllimlər və insanlar var. Qurana əsasən biz bu cür insanlarla mübarizə aparmalıyıq, yoxsa onları tərkmi etməliyik?

Cavab: Qurani-Kərimdə “(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, (günahkarlar) başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır.”[1]buyurulur. Yəni, ayədə ifadə edildiyi kimi; “…başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın.” – sözündən qəsdin, onlarla o deyilən söz əsnasında birlikdə olmayın. Belə etməzsəniz, onların dediklərini dəstəkləmiş ya da təsdiq etmiş kimi görünərsiniz. Əgər həmin məclisdə siz öz təsirinizi göstərə bilirsənizsə, mübarizəyə davam edin. Yox əgər bunu bacarmırsınızsa, başqa mövzuya keçilənə qədər onlardan uzaqlaşın. Yoxsa bu ayələrdən onları tamamilə tərk edin mənası çıxmaz.

Suala cavab verdi: Abdüləziz Bayındır.[2]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/dusunce-sahesi/4947.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Nisə 4/140.

[2]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []