Müsəlmanlar
Fərz namazlarının 3 və 4-cü rükətlərində niyə zəmmi surə oxunmur?

Fərz namazlarının 3 və 4-cü rükətlərində niyə zəmmi surə oxunmur?

Sual: Fərz namazlarının 3 və 4-cü rükətlərində niyə zəmmi surə oxunmur?

Cavab: Namazda əsas olan Allahı hər hansı bir ayə ilə xatırlamaq və ucaltmaqdır. Bunun ən gözəl forması da başa düşərək yerinə yetirməkdir. Bir surə və ya bir ayə də oxuya bilərsən. Ancaq bunları nə qədər çox başa düşərək oxuyarsan, o qədər çox savaba nail olarsan. Yəni, Quranın ifadəsilə əsas olan zikr etməkdir:O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Əli-İmran 3/191.)

Peyğəmbərimiz dövründə bir səhabi gəlib, “mən filan ayələri oxuya bilmirəm”- demiş, peyğəmbər də ona, “bildiyini oxu”- demişdir. Nəticədə, namazda əsas olan; surə və ayələrin sayı deyil, məqsədinin və mənasının idrak edilməsidir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar sual-cavabla aşağıdakı linkdə tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/3513.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []