Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu?
Müsəlmanlar > Din-əxlaq-ədəb > Fitvalar > Mürtədlik Tarix: 30 Aralık 2015 Tövsiyə et Çap et
Sual: Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? Mürtədlə evlilik davam edərmi, yoxsa boşanmış sayılırlarmı?

Cavab: Allah bir insana dini qəbul etmək azadlığı verdiyi kimi, dini inkar etmə azadlığı da vermişdir. Əgər bir İslam ölkəsində insanlar rahatlıqla “mən bu dini qəbul etmirəm” ya da “mən kafirəm”– deyə bilmirsə, o ölkə İslam ölkəsi deyildir. Çünki Allah Təala Əli-İmran 186-cı ayədə belə buyurmaqdadır:

“Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət-verici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.”

Allah rəsulu insanları nikah məsələsində din fərqinə görə ayırd etməmişdir. Quranda bu barədə bir dənə ayə yoxdur. Ancaq məzhəblərdə bu barədə hökm vardır. Məzhəblərə görə, ər ya da arvaddan hər hansı biri dindən dönərsə nikah o anda batıl olur. Əri dindən dönmüşsə, tövbəsi də qəbul edilmədən üç gün ərzində öldürülür. Məzhəblərin verdikləri fətvaya əsasən; qadınlar isə öldürülmədiyi, ancaq ərləri arasındakı nikahları batıl olduğu üçün, ərlərindən boşana bilməyən qadınların bir çoxu bu fürsətdən istifadə edərək, yəni dindən döndüklərini elan edərək, boşanma haqlarını əldə etmişlər. Bunun qarşısını almaq üçün bəzi müctəhidlər (!) “qadınların dindən dönmələri səhih deyildir”– deyə, yeni bir biabırçı fətvaya imza atmışlar.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/tedqiqatlar/6057.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mutə (siğə) nikahı İslamın ilk illərində sərbəst olub? 06.01.16 1.748 dəfə oxundu
2 Nikaha nəzarət 14.05.09 6.436 dəfə oxundu
3 Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? 30.12.15 1.239 dəfə oxundu
4 Cariyələrlə nikahsız olaraq əlaqəyə girmək caizdir? 15.06.16 1.350 dəfə oxundu
5 Zina etmiş adam, zina etməyən biri ilə evlənə bilərmi? 08.05.17 1.339 dəfə oxundu
6 Valideyndən xəbərsiz kəbin 29.06.09 9.254 dəfə oxundu
7 Kəbin, zaqsa getmək, molla kəbini və kəbində ailənin icazəsi məsələləri 14.12.09 9.449 dəfə oxundu
8 Eyni vaxtda iki kişi ilə kəbin kəsdirmək olar? 13.04.10 9.701 dəfə oxundu