Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir?
Müsəlmanlar > Fitvalar > İman-əqidə-ibadət > Quran Araşdırmaları (xüsusi) > Təfsir Tarix: 28 Aralık 2015 Tövsiyə et Çap et
Sual: Mövcud məallara baxan, Quranın əslinə uyğun olmayan fikirləri mənimsəməyə başlayır. Bilvasitə, Quranın da möcüzəvi xüsusiyyəti ortadan qalxmış olur. Bu məallar sayəsində yoldan çıxan adam günahkar olurmu?

Cavab: Bu səhv məallar əsrlərdir İslam aləminə düçar olan bir xəstəlikdir. Təəssüf ki, Qurani-Kərim hər məzhəbin öz görüşlərinə uyğun tərcümə edilmişdir.

İnsanlar fitrətlərində olan şeylərə rəayət etməklə mükəlləfdir. Bu biliklər başqalarından öyrənilmədən yaşanan beynəlxalq biliklərdir. Fitrətə tərs səhv biliklər Quranın tərcüməsində olsa belə, hər insan bunu tədqiq etməli və insan təbiətinə tərs olan şeyləri qəbul etməməlidir. Məsələn, Qurani-Kərimin Nəhl surəsinin 93-cü ayəsinə verilən səhv məallardan biri belədir: “Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin O, istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.”

Bu cür tərcüməni, yəni başı ilə sonu bir-birinə tərs düşən cümləni yalnız mühakimədən uzaq, şərtlənmiş insanlar qəbul edərlər. Əgər insanları Allah azdırırsa ya da doğru yola yönəldirsə, onda etdiyimiz əməllərdən niyə sorğu-sual olunmalıyıq?

Ayənin əsli isə belədir: “Əgər seçim Allahın olsaydı, sizi vahid tək ümmət edərdi. Allah azmağı seçəni azdırır, doğrunu seçəni də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə mütləq sorğu-sual olunacaqsınız.”

Oxuduğumuz səhv tərcümələrlə yanaşı, insan fitrətini pozmayacaq, fəqət səhv fikirlərə və yollara götürəcək bir çox tərcümələr də vardır. Bu cür tərcümələrin xatalı olduğunu hər adam bilməyə bilər. Ya ərəb dilində mütəxəssis ya da həmin mövzuda təcrübəli olmalıdır. Bu kimi xataları xalqın bilmədən olduğu kimi qəbul etməsinin məsuliyyəti həmin xataları təqdim edənlərə aiddir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Qureyş surəsi 28.07.12 2.738 dəfə oxundu
2 Nas surəsi 29.07.12 5.318 dəfə oxundu
3 “Allah, insanları cəhənnəmlik olsunlar”- deyə yaratdı? 22.08.16 1.012 dəfə oxundu
4 Hansı peyğəmbərlərə səhifə göndərilib? 24.10.16 561 dəfə oxundu
5 Təfsirlərə baxmadan Quranı başa düşmək mümkündürmü? 23.11.16 538 dəfə oxundu
6 Bəqərə surəsi 217-ci ayəsi dindən dönənlərin öldürüləcəyini deyir? 16.12.16 518 dəfə oxundu
7 Tağut 28.04.17 3.998 dəfə oxundu
8 Təhrif nədir? 13.11.17 140 dəfə oxundu
9 Axirətdə insanlara işlədikləri günahlar soruşulacaqmı? 17.11.17 189 dəfə oxundu
10 Tövrat təkcə Musa əleyhissəlama verilən bir kitabdırmı? 24.11.17 183 dəfə oxundu
11 Tövrat, Zəbur və İncil ümumbəşər kitablardırmı? 23.07.18 239 dəfə oxundu
12 Quran təhrif edilə bilərmi? 14.05.18 234 dəfə oxundu
13 Tövrat və İncildə Muhəmməd əleyhissəlamın adı keçirmi? 27.08.18 178 dəfə oxundu
14 Quran, təhrif edilmiş Tövratı və İncili təsdiq edirmi? 26.02.16 887 dəfə oxundu
15 Təbbət surəsi 11.07.11 3.888 dəfə oxundu
16 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.801 dəfə oxundu