Müsəlmanlar

Müsəlmanların qeyri-müsəlmanlar üçün dua etməsi doğrudurmu?

Sual: Qeyri-müsəlmanlar üçün dua edə bilərik? Allahdan onlar üçün yaxşı şeylər və ya xeyr-bərəkət istəyə bilərik?

Cavab: Allahdan biz hər kəs üçün yaxşı, gözəl şeylər istəyə bilərik. Onların hidayətə gəlmələri, xeyr iş görmələri, halal ruzi əldə etmələri üçün Rəbbimizə dua etməliyik. Qurani-Kərimdə də onlarla gözəl tərzdə davranılması tövsiyə edilməkdədir:

“İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik.” (Ənkəbut, 29/46.)

Ancaq onların mövcüd hallarına görə, yəni müşrik olduqları üçün əfv edilmələrini isə istəyə bilmərik. Bu barədə İbrahim əleyhissəlamın qissəsi də bizim üçün bir nümunədir.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna bənzər məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/dusunce-sahesi/4947.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []