Müsəlmanlar

Tez-tez and içmək nə dərəcədə doğrudur?

Sual: Ölkəmizdə hər kəs özünü haqlı göstərmək üçün tez-tez and içir. Buna baxmayaraq yalançılıq daha da çoxalır və andın bir dəyəri qalmır. Sizcə bir müsəlman tez-tez and içməlidir?

Cavab: Təəssüflə qeyd edək ki, ölkəmiz insanları gərək doğrudan, gərək yalandan ən çox and içənlərin başında yer almaqdadır. Ən çox and içmə ehtiyacı, etibarsız insanların başqalarını özlərinə inandırma cəhdindən qaynaqlandığını deyə bilərik. Buna görə, belələri ya öz-özlərinə ya da başqasına problem olduğu üçün tez-tez and içməkdədir:

“Andlarınızı aranızda aldatma, hiylə vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm dayanmış ikən sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar.” (Nəhl, 16/94.)

Dürüstlükləri ilə bilinən etibarlı şəxslərin isə hər şeydə and içməklərinə ehtiyacları yoxdur. Allah Təala çox and içənləri sevmədiyini bu ayəylə bildirməkdədir:

“Tez-tez and içən hər alçağa itaət etmə!” (Qələm 68/10).

Əgər bir insan məcbur qalıb and içərsə, onda, Allahdan başqasına and içməsin.[1] Çünki Allah və rəsulu belə tövsiyə etməkdədir:

Rəsulullah əleyhissəlam, Ömərin atasının adını çəkib and içdiyini eşitdikdə belə buyurdu:

“Allah Təala atanızı yad edib and içməyinizi qadağan edib. Elə isə kim and içsə, ya Allaha and içsin, ya da sussun.”[2]

Yalandan and içmək barədə daha ağır hədislər də vardır.

Dinimizdə yalan danışmaq böyük günahlardan olduğu bilinməkdədir.  Belə olduğu təqdirdə yalandan and içmək ondan da böyük günah olmuş olur. Bu səbəblə biz, bir millət olaraq bu pis vərdişdən və məsuliyyətsizlikdən xilas olmaya çalışmalıyıq.

Suala cavab verdi: Aydın Mülayim.

And içmək barəsindəki digər yazılarımızı bu linklərdən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/1973.html

http://www.muselmanlar.com/fitvalar/395.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1] Bəqərə 2/224; Əraf 7/180; İsra 17/110.

[2] Buxari, Əyman (Andlar), 4; Müslim, Əyman, 1 (1646); Əbu Davud, Əyman, 5; Tirmizi, Əyman, 8; Nəsai, Əyman, 5.