Müsəlmanlar
Zəkatı hansı formada vermək mümkündür?

Zəkatı hansı formada vermək mümkündür?

Sual: Mən verməli olduğum zəkatı nişanlı bir qıza pul formasında deyil, onun ehtiyacı olan bir şeylə verə bilərəm?

Əgər sizin haqqında danışdığınız qız zəkat almalı vəziyyətdədirsə, yəni, ona zəkat düşürsə, başqa sözlə, dini cəhətdən varlı hesab olunmursa, ona qeyd etdiyiniz formada zəkat verə bilərsiniz. Hətta ona bunun zəkat olduğunu demədən də verə bilərsiniz.