Müsəlmanlar
Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi?

Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi?

Sual: Bəzi siyasətçilər və camaatlar Qurani-Kərimin 23 il ərzində nazil olmasından yola çıxaraq, müasir dövrümüzdə şəriətin tam olaraq tətbiq edilməsi üçün zamanın və şərtlərin yetişməsini və insanların bunu qəbul edəcək kamala/səviyyəyə çatması lazım olduğunu deyirlər. Belə bir münasibət doğrudurmu?

Cavab: Belə danışanların bir çoxu öz mənfəətlərinə, haram yolla əldə etdikləri qazanclarına haq qazandırmağa çalışanlardır. Belə deməsələr necə faiz alacaqlar? Faiz nə vax qadağan edilmiş? Hicrətin son illərində…İndi iqtidarda olan bəzi siyasətçilər də “biz hələ təzə iqtidara gəlmişik” kimi bəhanələrlə faizçiliyə davam edirlər. Kim onların illərlə iqtidarda qalacağını qaranti edir.

Belə bir şey yoxdur. Allahın bütün ayələri nazil olub tamamlanmışdır və biz hamısından məsuliyyət daşıyırıq. Bu ayələri öz keyflərinə və mənfəətlərinə uyduranlar axirətdə də dünyada da pərişan olacaqlarını bilsinlər. Bu dünya heç kimin şəxsi bostanı deyildir. Əlbəttə bunlara fətva verən dindarlar da az deyildir. Belə deyənlər, bir batıl ortaya çıxan kimi heç vaxtı nəzərə almadan tez ona sarılanlardır.

Suala cavab verdi: Abdüləziz Bayındır.[1]

Buna oxşar məlumat almaq istəyənlər saytımızın aşağıdakı linkinə müraciət etsinlər:

http://www.muselmanlar.com/fitvalar/4496.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

[1]  İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []